...

Çingiz Əsgərov: Azərbaycanda seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli azalıb

Siyasət Materials 27 Fevral 2018 10:33 (UTC +04:00)
Azərbaycanda seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli azalıb.
Çingiz Əsgərov: Azərbaycanda seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli azalıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda seçkilərin idarəçiliyinin peşəkarlıq səviyyəsi yüksək olaraq qalıb və bu da ona gətirib çıxarıb ki, seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli şəkildə azalıb.

Trend-in məlumatına görə, bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üç günlük seminarın başlanması ilə bağlı tədbirdə deyib.

Ç.Əsgərov vurğulayıb: "Avropa ölkələri ilə müqayisə etdikdə görmək olar ki, Azərbaycanda seçkilərlə bağlı müraciətlər texniki xarakter daşıyır, qanunvericilik səviyyəsində ciddi pozuntular aşkar olunmur".

Onun sözlərinə görə, Azərbaycanda seçki komissiyaları nəzdində ekspert qrupları daha səmərəli şəkildə işləyə bilirlər.

Səlahiyyətli nümayəndə bildirib ki, Azərbaycan seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq konvensiyalara əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir.

O bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanda seçki qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edir: "Avropa Şurasının böyük dövlətləri seçki sahəsində öz üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər və Avropa Məhkəməsinin qərarlarını icra etmirlər".

Ç.Əsgərov qeyd edib ki, Azərbaycanda seçkilərin demokratik keçirilməsinə heç kimin şübhəsi olmamalıdır: “Bu seçkilər xalqın səsinin sərbəst ifadə edilməsinə tam şərait yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti