...

Prezident İlham Əliyev: TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq

Siyasət Materials 14 Mart 2018 17:36 (UTC +04:00)
TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq.
Prezident İlham Əliyev: TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq

Bakı. Trend:

TANAP layihəsi Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək:

"Biz dostuq, qardaşıq, bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, bu gün belədir və həmişə də belə olacaq. Bizi çox dərin əlaqələr bağlayır. Bu gün biz siyasi, iqtisadi, bütün başqa sahələrdə çox yüksək səviyyəli əməkdaşlıq edirik. Siyasi əlaqələrimiz ən yüksək zirvədədir, iqtisadi sahədə yaxşı nəticələr var. Keçən il ticarət dövriyyəsi artmışdır, qarşılıqlı sərmayə qoyulur. Türkiyə Azərbaycana və Azərbaycan Türkiyəyə 10 milyard dollardan çox sərmayə qoymuşdur".

İlham Əliyev əlavə edib ki, bu sərmayə qoyuluşu davam edir, daha da böyük rəqəmlərə çatacaq:

"Bu il TANAP layihəsinin istismara verilməsini biz birlikdə qeyd edəcəyik. Bu, tarixi layihədir və uğurla başa çatır, ölkələrimizi bir-birinə daha da sıx bağlayacaq, eyni zamanda, bu layihədən faydalanan ölkələr üçün də yeni imkanlar açacaq. Keçən il biz Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını təntənəli şəkildə qeyd etdik və bu gün bu yol artıq uğurla fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan və TANAP-dan sonra bu, üçüncü tarixi layihəmizdir. Ölkələrimiz bu layihəni birlikdə icra edirlər. Yəni, bütün sahələrdə bizim əməkdaşlığımızın çox gözəl nəticələri var. Bu nəticələr xalqlarımız, ölkələrimiz üçün çox əhəmiyyətlidir və Avrasiya üçün də böyük əhəmiyyət daşıyır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti