...

İranın xarici işlər naziri Azərbaycana səfərə gəlib

Siyasət Materials 15 Mart 2018 11:12 (UTC +04:00)
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gəlib.
İranın xarici işlər naziri Azərbaycana səfərə gəlib

Bakı. Trend:

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana səfərə gəlib.

Trend-in məlumatına görə, Zərif bu gün Bakıda keçiriləcək Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşündə iştirak edəcək.

Bu gün Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçiriləcək.

Qeyd edək ki, 2017-ci il sentyabrın 6-da Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü, dekabrın 20-də isə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Xəbər lenti

Xəbər lenti