Bakı. Elçin Mehdiyev – Trend:
Xaricdə yaşayaraq Azərbaycan əleyhinə iş aparan bəzi həmyerlilərimizə azərbaycanlı demək olmaz.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
O.Əsədov bildirib ki, Azərbaycan xalqı mərd xalqdır:
"Lakin xaricdə yaşayan bəzi azərbaycanlılar xalqın mənəviyyatından uzaqdırlar. Deputatlar bununla bağlı fikirlərini mətbuatda, televiziya vasitəsilə çatdıra bilərlər”.