...

Ukraynadakı səfirlikdə keçirilən səsvermədə Azərbaycan vətəndaşlarının 93 faizi iştirak edib

Siyasət Materials 11 Aprel 2018 21:04 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyində prezident seçkisi ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Ukraynadakı səfirlikdə keçirilən səsvermədə Azərbaycan vətəndaşlarının 93 faizi iştirak edib

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı səfirliyində prezident seçkisi ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, seçki komissiyasının katibi Vüsal Süleymanov bildirib ki, səfirliyin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 93 faizi səsvermədə iştirak edib.

Səsvermə çox böyük seçici aktivliyi ilə müşahidə olunub. Səsvermə zamanı hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti