...

Zaxarova: Bəzi siyasi qüvvələr Azərbaycanda hələ prezident seçkilərindən əvvəl mənfi şəkildə köklənmişdi

Siyasət Materials 12 Aprel 2018 18:49 (UTC +04:00)
Bəzi siyasi qüvvələrin Azərbaycanda prezident seçkilərinin mənfi qəbul olunmasına köklənməsi hələ seçkilərin keçirilməsindən qabaq aşkar idi
Zaxarova: Bəzi siyasi qüvvələr Azərbaycanda hələ prezident seçkilərindən əvvəl mənfi şəkildə köklənmişdi

Bakı. Trend:

Bəzi siyasi qüvvələrin Azərbaycanda prezident seçkilərinin mənfi qəbul olunmasına köklənməsi hələ seçkilərin keçirilməsindən qabaq aşkar idi.

Trend-in məlumatına görə, bunu brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova qeyd edib: “Azərbaycanda seçkilərdə çoxlu sayda müşahidəçi iştirak edib. Bu həm ayrı-ayrı ölkələrdən, həm də beynəlxalq təşkilatlardan olan müşahidəçilər idi. Bəzi siyasi qüvvələrin Azərbaycanda prezident seçkilərinin mənfi qəbul olunmasına köklənməsi hələ seçkilərin keçirilməsindən qabaq aşkar idi. Biz bu cür münasibəti həm də bəzi qərb qeyri-hökumət təşkilatlarından və qərb ölkələrinin rəsmilərindən görürük. Bu ölkələr və təşkilatlar əvvəlcədən hazırlanmış yanaşma nümayiş etdirdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti