...

Əfqanıstanın ombudsmanı: Münaqişə vəziyyətindən asılı olmayaraq, ölkələr insan hüquqlarını istənilən vəziyyətdə təşviq etməlidirlər

Siyasət Materials 20 İyun 2018 13:20 (UTC +04:00)
Münaqişə vəziyyətində olub-olmamasından asılı olmayaraq, ölkələr insan hüquqlarını istənilən vəziyyətdə təşviq etməlidirlər.
Əfqanıstanın ombudsmanı: Münaqişə vəziyyətindən asılı olmayaraq, ölkələr insan hüquqlarını istənilən vəziyyətdə təşviq etməlidirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Münaqişə vəziyyətində olub-olmamasından asılı olmayaraq, ölkələr insan hüquqlarını istənilən vəziyyətdə təşviq etməlidirlər.

Trend-in məlumatına görə, bunu Əfqanıstan İslam Respublikasının ombudsmanı Əhməd Zia Ləngari "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, münaqişə tərəfləri insan hüquqları və humanitar yardım ilə bağlı beynəlxalq sənədlərin müddəalarına əməl etməzsə, insanların bir çox hüquqlarının pozulmasına və ölkələrdə kütləvi dağıntılara səbəb ola bilər.

Ə.Z.Ləngari bildirib ki, Əfqanıstanda insan hüquqları ilə bağlı məsələlər dərsliklərə daxil edilib: "Hazırda orduda insan hüquqları ilə bağlı da maarifləndirmə işləri aparılır. Dövlət ombudsman institutunun fəaliyyəti üçün şərait yaradıb".

Ə.Z.Ləngari əlavə edib ki, bu yaxınlarda Əfqanıstanda yeni Cinayət Məcələsi qəbul edilib: "Orada müharibə cinayətləri və insanlığa qarşı cinayətlər məcəlləyə daxil edilib. Bu məsələlər əvvəllər məcəllədə yox idi".

Qeyd edilib ki, hazırda Əfqanıstanda 1,5 milyon nəfərdən çox məcburi köçkün və qaçqın yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti