...

Politoloq: Gəncə hadisələri də göstərir ki, hüquq-mühafizə orqanları ölkədə əməliyyat şəraitinə tam nəzarət edir

Siyasət Materials 14 İyul 2018 11:35 (UTC +04:00)
Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrdən biridir və ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir.
Politoloq: Gəncə hadisələri də göstərir ki, hüquq-mühafizə orqanları ölkədə əməliyyat şəraitinə tam nəzarət edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrdən biridir və ölkəmizdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

O bildirib ki, Azərbaycan milli və dövlət təhlükəsizliyinə təhdidin qarşısının alınması üçün çox mühüm tədbirlər həyata keçirir.

Politoloqun sözlərinə görə, Gəncədə baş verən son hadisələr də onu göstərir ki, hüquq-mühafizə orqanları ölkədə əməliyyat şəraitinə tam nəzarət edir.

A.Nağıyev ölkədə sakitliyin bərqərar olması üçün Gəncədə iğtişaş törədən terrorçuların zərərsizləşdirilməsini çox vacib sayıb.

Bütün Azərbaycan xalqının Gəncədəki cinayətkarlara qarşı öz nifrətini ifadə etdiyini qeyd edən A.Nağıyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də ötən gün respublikanın hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda hər hansı bir milli təhlükəsizliyə, dövlət təhlükəsizliyinə qarşı olan təhdidin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının müstəsna rolu olduğunu xatırladıb:

"Təbii ki, hər bir məsələdə müəyyən çətinliklər olur. Lakin hüquq-mühafizə orqanları bu çətinlikləri aradan qaldırmağa tam qadirdir. Bu gün hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşları ilə birlikdə onların konstitusion hüquqlarının qorunması üçün hüquqi normalar daxilində lazım olan addımları atır. Məhz buna görə də cənab Prezident bunu qeyd edərək bildirir ki, hüquq-mühafizə orqanları bizi qorxutmağa cəhd edən, adını terrorçu qoyan müəyyən qüvvələrin qarşısını məharətlə və hüquqi çərçivədə aldı. Əminliklə deyə bilərik ki, hüquq-mühafizə orqanları belə bir çətin əməliyyat şəraitində özünü müsbət tərəfdən göstərdi”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti