...

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuraları arasında saziş imzalanıb

Siyasət Materials 27 Sentyabr 2018 16:23 (UTC +04:00)
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuraları arasında saziş imzalanıb.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuraları arasında saziş imzalanıb

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan-Rusiya İşgüzar Şurası ilə Rusiya-Azərbaycan İşgüzar Şurası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Trend-in məlumatına görə, sənədi Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının sədrləri Səməd Qurbanov və Aleksey Repik imzalayıblar.

İmzalanma mərasimindən sonra A.Repik jurnalistlərə bildirib ki, sazişin əsas vəzifələrindən biri tərəflərin bir-birini öz yerli bazarlarında təqdim etmək üçün rəsmi imkan əldə etməsi və məsələn, Rusiyada azərbaycanlı tərəfdaşların qarşılaşdığı məsələlərin həllinə kömək etməkdir.

O qeyd edib ki, sənəd ölkələr arasında yeni dialoq formatı yaradan institusional çərçivədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti