...

Azərbaycanlı deputat: Metsamor AES partlayış məqamını gözləyən bombadır

Siyasət Materials 11 Oktyabr 2018 13:33 (UTC +04:00)
Ermənistandakı Metsamor atom elektrik stansiyası partlayış məqamını gözləyən bombadır
Azərbaycanlı deputat: Metsamor AES partlayış məqamını gözləyən bombadır

Bakı. Ləman Zeynalova – Trend:

Ermənistandakı Metsamor atom elektrik stansiyası partlayış məqamını gözləyən bombadır.

Trend-in məlumatına görə, bunu Strasburqda AŞ PA-nın payız sessiyasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, Metsamor AES çox seysmik zonada yerləşir:

“Faktiki olaraq bu, partlayış məqamını gözləyən bombadır. Əgər Ermənistanda daha bir zəlzələ baş versə bu, böyük ərazilərdə, o cümlədən Avropada zəhərlənməyə gətirib çıxara bilər”.

A.Mollazadə qeyd edib ki, Avropa İttifaqı Metsamor AES problemini həll etmək üçün Ermənistan hökumətinə konkret büdcə ehtiyatları ayırıb:

“Pullar itib və AES işini davam etdirir. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib ki, bu stansiya "çirkli" bomba hazırlaya bilər və bu bomba Azərbaycana qarşı istifadə oluna bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti