...

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib (FOTO)

Siyasət Materials 19 Oktyabr 2018 14:16 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı türk əsgərlərini salamladı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti