Bakı. İlhamə İsabalayeva -Trend:
"Azərbaycanın torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunub, ibadətgahlarımız, qəbirlərimiz xarabalığa çevrilib, sinaqoq və kilsələr dağıdılıb. Ancaq buna baxmayaraq, Azərbaycan xalqı yenə də humanist olduğunu dünyaya göstərir".
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
A.Paşazadə əlavə edib ki, xalqımız öz qələbəsinə, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanır:
"Hesab edirəm ki, bu gün biz erməni işğalından əziyyət çəkən bir xalq kimi dünyaya car çəkirik ki, humanist olaq, münaqişə etməyək, bir-birimizə hörmətlə yanaşaq, dövlətlərin qanunlarına hörmət edək. Bu baxımdan Bakı Beynəlxalq Humanitar Forumu bizim üçün çox önəmlidir. Belə forumlar bizim varlığımızı, ucalığımızı göstərir".