...

Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında görüşün yeri və tarixini açıqladı

Siyasət Materials 14 Yanvar 2019 10:57 (UTC +04:00)
Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında görüşün yeri və tarixini açıqlayıb.
Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında görüşün yeri və tarixini açıqladı

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu il yanvarın 16-da Parisdə görüş keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti