...

Ekspert: Dövlət vətəndaşların rifahını düşündüyü kimi, struktur islahatları aparılarkən onların işsiz qalmamasını da fikirləşir

Siyasət Materials 26 Yanvar 2019 13:10 (UTC +04:00)
Dövlət vətəndaşın rifahını düşündüyü kimi, struktur islahatları aparılarkən onların işsiz qalmamasını da fikirləşir.
Ekspert: Dövlət vətəndaşların rifahını düşündüyü kimi, struktur islahatları aparılarkən onların işsiz qalmamasını da fikirləşir

Bakl. Samir Əli - Trend:

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Azərenerji"də aparılan struktur islahatları zamanı işdən azad olunan əməkdaşların işlə təmin olunması barədə həmin quruma göstəriş verməsi bir nümunədir.

Bunu Trend-ə açıqlamasında "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, dövlətin struktur islahatları zərurətdən irəli gələn addımlardır: "Dünya müasirləşir, qloballaşır və qloballaşan dünyanın da özünəməxsus tələbləri var. Azərbaycan da dünyanın bir parçası kimi bu prosesə qoşulmalıdır və sözsüz ki, zərurətdən irəli gələn kadr islahatları, struktur islahatları zamanı müəyyən problemlər də olur. Elə struktur islahatları var ki, həyata keçirilərkən bir qrup insan vəzifəsindən məcburi ayrılmalı olurlar. Mehriban xanım Əliyeva məhz bu problemləri aradan qaldırmaq üçün müvafiq göstəriş verib. Bu, çox humanist bir addımdır".

Ekspert vurğulayıb ki, ümumiyyətlə, dövlətin apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır: "Məhz vətəndaşlar əziyyət çəkməsin deyə, struktur islahatlarının ailələrə, şəxslərə ziyanı olmasın deyə, bu cür addımlar atılır. Dövlət vətəndaşların rifahını düşündüyü kimi, struktur islahatları aparılarkən onların işsiz qalmamasını da fikirləşir. İnanıram ki, Mehriban Əliyevanın bu addımı gələcəkdə digər qurumlarına da şamil olunacaq və struktur islahatları nəticəsində vəzifəsindən azad olunan şəxslər müəyyən vakansiyalarla işə qəbul olunacaqlar. Bu addım vaxtında atılmış addımdır ki, işsiz qalan insanlar yenidən işlə təmin olunur. Sözsüz ki, dövlət həmişə bu siyasətinə sadiq qalıb. İnkişafdan irəli gələn struktur islahatları nəticəsində vətəndaş və onun ailəsi əziyyət çəkməyib. Bu addım da dövlət siyasətinin tərkib hissəsidir ki, bütün islahatlar ilk növbətə vətəndaşa xidmət etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti