...

Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb

Siyasət Materials 15 Fevral 2019 21:24 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü ilə görüşüb

Bakı. Trend:

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 15 fevral tarixində xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Bundestaqının üzvü, Bundestaqın xarici siyasət məsələləri üzrə komissiyanın üzvü və CDU/CSU (Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı) parlament qrupunun sədr müavini Yohan Vadeful ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tərəflər Azərbaycan və Almaniya arasında mövcud olan əməkdaşlıq münasibətləri ətrafında fikir mübadiləsi apardılar.

Görüş zamanı bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat və infrastruktur layihələri müzakirə edildi. Bölgədə dayanıqlı inkişafın və rifahın təmin olunması baxımından Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin əhəmiyyəti vurğulandı və nazir Elmar Məmmədyarov tərəfindən münaqişənin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə Bundestaqın üzvünə məlumat verildi.

Tərəflər, həmçinin regional və qlobal təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi apardılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti