...

XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gündəlikdədir

Siyasət Materials 25 Fevral 2019 16:04 (UTC +04:00)
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gündəlikdədir.
XİN: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gündəlikdədir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın növbəti görüşü gündəlikdə dayanır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, bu məsələ ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə son səfəri zamanı da müzakirə olunub:

"Azərbaycan nəticəyə istiqamətlənmiş və işğal olunmuş ərazilərinin azad edilməsinə və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsinə yönəlmiş görüşləri keçirməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti