...

Ukraynada seçkiləri izləyən deputat: Hər hansı bir problem qeydə alınmayıb

Siyasət Materials 22 Aprel 2019 13:23 (UTC +04:00)
Ukraynada keçirilən prezident seçkiləri zamanı hər hansı bir problem qeydə alınmayıb.
Ukraynada seçkiləri izləyən deputat: Hər hansı bir problem qeydə alınmayıb

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Ukraynada keçirilən prezident seçkiləri zamanı hər hansı bir problem qeydə alınmayıb. Bunu Trend-ə seçkiləri müşahidə edən Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

R.Quliyev bildirib ki, 15 seçki məntəqəsində iştirak edib: “Prosesi izləyərkən yerli müşahidəçilərlə söhbət etdik. Onlar da seçki prosesi zamanı problemin olmadığını etiraf etdilər. Əhalinin seçkiyə marağı yüksək idi”.

Milli Məclisin digər deputatı Naqif Həmzəyev də Ukraynada seçkiləri müşahidə edib. N.Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılıb.

Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə Milli Məclisin xətti ilə prosesi müşahidə edib.

Qeyd edək ki, ötən gün Ukraynada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, protokolların 97,04 faizinin sayılmasından sonra Vladimir Zelenski səslərin 73,15, hazırkı Prezident Petro Poroşenko isə 24,52 faizini qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti