...

İsveçrənin Solothurn şəhərində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)

Siyasət Materials 6 May 2019 17:23 (UTC +04:00)
İsveçrənin Solothurn şəhərində Azərbaycan Səfirliyinin dəstəyi ilə ərsəyə gələn Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.
İsveçrənin Solothurn şəhərində Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub (FOTO)

Bakı. Trend:

İsveçrənin Solothurn şəhərində Azərbaycan Səfirliyinin dəstəyi ilə ərsəyə gələn Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə açılışda bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilarlarının rəhbərləri, soydaşlarımız və ölkəmizin İsveçrədəki Səfirliyinin əməkdaşları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras gələn qonaqları salamlayıb və mərkəzin tikintisi üçün dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinə təşəkkürlərini çatdırıb. O, soydaşlarımızın sıx yaşadığı Solothurn şəhərində həmrəyliyin möhkəmləndirilməsi üçün belə bir milli mədəniyyət mərkəzinin yaradılmasının zəruriliyinə diqqət çəkib.

Sonra mərkəzin təntənəli açılışı olub. Burada qurumun baş ofisi, Azərbaycan dilində həftə sonu məktəbi və müxtəlif məqsədlər üçün nəzərdə tutulan otaqlar yerləşir.

Sonda qonaqlara milli təamlardan ibarət ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti