...

Komitə sədri: Ailə dəyərlərimizi başqa xalqların mənfi təsirlərindən qorumalıyıq

Siyasət Materials 15 May 2019 11:52 (UTC +04:00)
Ailə dəyərlərimizi başqa xalqların mənfi təsirlərindən qorumalıyıq.
Komitə sədri: Ailə dəyərlərimizi başqa xalqların mənfi təsirlərindən qorumalıyıq

Bakı. İlhamə İsabalayeva - Trend:

Ailə dəyərlərimizi başqa xalqların mənfi təsirlərindən qorumalıyıq.

Trend-in məlumatına görə, bunu “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, islam dinində ailəyə yüksək dəyər verilir:

"Ailə ilə bağlı bəzi problemlər var ki, bəziləri bunu dinlə əlaqələndirmək istəyirlər. İslam dinində ailə dəyərlərinə çox böyük diqqət yetirilir. Ailə müqəddəs hesab olunur".

M.Qurbanlı əlavə edib ki, Avropa ölkələrində boşanma hallarının orta göstəricisi 70-75 faizdir. Amma müsəlman ölkələrində, o cümlədən Azərbaycanda boşanma halları digər ölkələrlə müqayisədə azdır.

Komitə sədrinin fikrincə, Azərbaycanın nümunəvi ailələri cəmiyyətə təqdim edilməlidir.

Ailə dəyərlərimizin televiziyalarda daha çox təbliğ edilməsini vacib sayan M.Qurbanlı hesab edir ki, sağlam ailələr güclü dövlətin təməlini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti