...

ABŞ Bakıda keçirilən tədbirdə Ümumdünya Turizm Təşkilatının sıralarına yenidən qayıdacağını bəyan edib

Siyasət Materials 18 İyun 2019 14:09 (UTC +04:00)
ABŞ Bakıda keçirilən tədbirdə Ümumdünya Turizm Təşkilatının sıralarına yenidən qayıdacağını bəyan edib
ABŞ Bakıda keçirilən tədbirdə Ümumdünya Turizm Təşkilatının sıralarına yenidən qayıdacağını bəyan edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasında dünyanın 5 qitəsindən 40 ölkənin nümayəndələri iştirak edib.

Trend-in məlumatına görə, bunu 16-18 iyun tarixlərində Bakıda keçirilən Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili söyləyib.

Ümumdünya Turizm Təşkilatının baş katibi deyib ki, tədbir iştirakçılara Azərbaycanda qalmağı, mədəniyyəti ilə tanış olmağı, mətbəxini dadmağı tövsiyə edib: "Azərbaycan neft istehsal edən dövlət kimi bu potensialı ölkənin turizm məkanına çevrilməsi üçün istifadə edib. Azərbaycan daha böyük beynəlxalq tədbirləri keçirməyə hazırdır".

Z.Pololikaşvili qeyd edib ki, Bakıda keçirilən tədbirə ABŞ-dan böyük nümayəndə heyəti qatılıb: "23 il əvvəl ABŞ Ümumdünya Turizm Təşkilatını tərk edib, nümayəndə heyəti təmsil etdiyi ölkənin Ümumdünya Turizm Təşkilatına qayıdacağını elan etdi. Bizim ABŞ-ın dəstəyinə böyük ehtiyacımız var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti