Azay Quliyev: ATƏT ərazisindəki uzanan münaqişələrin həllində ikili yanaşma yolverilməzdir

Azay Quliyev: ATƏT ərazisindəki uzanan münaqişələrin həllində ikili yanaşma yolverilməzdir

Bakı. Elçin Mehdiyev – Trend:

ATƏT Parlament Assambleyasının Lüksemburqda davam edən 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitənin iclası keçirilib.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev adıçəkilən Komitənin məruzəçisi irlandiyalı deputat Alen Farrellin hazırladığı hesabatın və qətnamə layihəsinin müzakirəsində çıxış edib.

ATƏT PA-nın vitse-prezidenti diqqəti sözügedən qətnamə layihəsinin 10-cu bəndinə, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayonundakı münaqişənin adı ilə bağlı məsələyə çəkib.

A.Quliyev Farrellin hazırladığı hesabatda əksini tapan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanı əhatə edən münaqişə də daxil olmaqla, ATƏT ərazisindəki uzanan münaqişələrin həll edilməsinin regionda davamlı sülh və inkişafın bərqərar olunması üçün əsas şərtlərdən olması fikrini yüksək qiymətləndirib:

“Bu münaqişənin həlli bazasını BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsi və ATƏT PA bəyannamələrinin təşkil etdiyinə dair məruzəçinin prinsipial mövqeyini bölüşürəm. Ümumiyyətlə, ATƏT-ə üzv olan dövlətlərin ərazisindəki bütün münaqişələrin həlli məsələsi istisnasız olaraq ATƏT və onun Parlament Assambleyasının gündəliyinin prioritetləri sırasında olmalıdır.

Bununla bərabər, ATƏT-in müvafiq sənəd və qərarlarına uyğun olaraq, ATƏT-in bütün prinsip və öhdəlikləri uzanmüddətli münaqişələrə münasibətdə bərabər və qəti şəkildə tətbiq edilməlidir.

Bu məsələyə dair fərqli yanaşma irəli sürmək güc tətbiqinin beynəlxalq hüquq normalarından üstün olmasının tanınması və ATƏT-in prinsip və öhdəliklərinin pozulması nəticəsində yaranan vəziyyətin qəbul edilməsi mənasına gətirib çıxarır. Xatırlatmaq istərdim ki, bu münaqişəyə dair belə formatda istinad BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə də tam uyğunluq təşkil edir”.

ATƏT PA-nın vitse-prezidenti Qətnamə layihəsində istisna olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ayrı rayonundakı münaqişənin adının dəyişdirilməsinin qəbuledilməz olduğunu və heç bir halda Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması və tərəflərin yaxınlaşması məqsədlərinə xidmət etmədiyini vurğulayıb.

Azay Quliyev mövqeyini əsaslandırmaq üçün deputatların diqqətini 3 məsələyə çəkib:

“Birincisi, adın ilkin variantı ATƏT-in Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı münaqişəyə dair 1992-ci ildə qəbul etdiyi qərarına və münaqişənin adını “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişə” kimi göstərən BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsinə uyğundur. İkincisi, 1992-ci ilin mayından 1993-cü ilin dekabrına qədərki dövrdə Ermənistan-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən yeddi rayonu da əhatə edərək geniş miqyaslı müharibəyə çevrilib. Azərbaycan rayonlarının işğalından sonra BMT Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətrafındakı vəziyyətlə bağlı narahatlıq ifadə edən qətnamələr qəbul etmiş, Azərbaycan ərazilərinin işğalını pisləmiş və erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb etmişdir. Bunların hamısı gözardı edilməsi mümkün olmayan faktlardır.

Beləliklə, 1993-cü ildən etibarən biz bu münaqişəni yalnız Dağlıq Qarabağ münaqişəsi adlandıra bilmərik, ona görə ki bu münaqişə bölgənin hüdudlarından kənara çıxmışdır və bununla da, işğal edilən və münaqişədən zərər çəkən ərazilərin sahəsi və əhalisi Dağlıq Qarabağdan bir neçə dəfə çox olmuşdur.

ATƏT PA-nın vitse-prezidenti bildirib ki, zorla doğma torpaqlarını tərk etməli olmuş azərbaycanlılarla birlikdə Dağlıq Qarabağ bölgəsi əhalisinin sayı 180 min, ərazisi isə 4,4 min km2 təşkil etdiyi halda, adını çəkilən 7 rayonun əhalisinin sayı 850 min, ərazisi isə 11 min km2 təşkil edir.

Üçüncüsü, BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının qətnamələri, eləcə də ATƏT-in qərarlarında təsbit olunduğu kimi, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq hüquq normalarına uyğun olaraq, işğal müvəqqəti bir haldır və suverenliyin ötürülməsinə gətirib çıxara bilməz”.

A.Quliyev deyib ki, Assambleya üzvlərinə regional təşkilat olan ATƏT PA-nın icrası məcburi və hüquqi baxımdan mütləq olan Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini tam və qeyd-şərtsiz olaraq həyata keçirilməsini təşviq etməli olduğunu xatırlatmağa ehtiyac yoxdur: “Bu baxımdan ümid edirəm ki, siz 10-cu maddənin ilkin redaktəsini dəstəkləyəcəksiniz. Biz Gürcüstan, Azərbaycan, Moldova və Ukraynanın ərazilərindəki uzanan münaqişələrin həllində hər hansı bir istisna və ya ikili yanaşmaya yol verə bilmərik”.

Atəşkəs iriçaplı pulemyotlar və snayper tüfənglərlə pozuldu - 26 dəfə
Atəşkəs iriçaplı pulemyotlar və snayper tüfənglərlə pozuldu - 26 dəfə
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının anım tədbiri keçirilib
Bakı Ali Neft Məktəbində Xocalı soyqırımının anım tədbiri keçirilib
Masallıda 32 yaşlı kişi 3 nəfəri güllələdi və özünü də vurdu - ADLAR
Masallıda 32 yaşlı kişi 3 nəfəri güllələdi və özünü də vurdu - ADLAR
Loading Bars
Xəbər lenti
Agentlik: Koronavirusun Azərbaycan turizminə mənfi təsiri olacaq
Sumqayıtda “Əmioğlu” ləqəbli cinayətkar saxlanıldı (FOTO)
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub (FOTO)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dilarə Bəhmənovaya dəstək oldu
Hotellərə ulduzların verilməsinə maydan başlanacaq
Koronavirus daha iki ölkədə qeydə alındı
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb
DSX-dən Gürcüstanla sərhədin bağlanması ilə bağlı AÇIQLAMA
ETSN: Ovçuluq bileti əldə etmək ova icazə verilməsi demək deyil
BNA koronavirusa qarşı mübarizə tədbirlərini davam etdirir
Rabitəbankdan ən sərfəli bayram krediti!
Azərbaycan nefti ucuzlaşır
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib (FOTO)
Azərbaycandan gedən Gürcüstan vətəndaşında virus aşkarlanması barədə RƏSMİ açıqlama
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir (FOTO)
Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət yoxdur - RƏSMİ
Yol polisi piyadalara çağırış etdi
Bakıda avtobuslar dezinfeksiya edilir
Bakının girişindəki yol genişləndirilir (FOTO)
Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır
Avropanın ən yaxşı kurortlarından birində Edem Resort Medical & SPA-da yaz fasiləsi (FOTO)
Sabah “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək
Gəncədə məktəbli qız evdə ölü tapıldı
Bakıda kütləvi dava: Yaralılar var
Qarsda logistika mərkəzi nə vaxt açılacaq?
Xəzər sahilində növbəti monitorinqin nəticələri açıqlandı
Astarada istirahət mərkəzində yanğın olub
“Azərenerji” “Xaçmaz” Elektrik Stansiyasının “itirilmiş” gücünü bərpa etdi (VİDEO)
ABŞ Konqresi Xocalı faciəsinin 28-ci ildönümünü yad edib (FOTO)
İsveçdə daha bir nəfər yeni növ koronavirusa yoluxub
Fevralın 27-də xarici valyutaların manata qarşı məzənnələri
Salyanda ikimərtəbəli ev yanıb
Şirvanda ər arvadını yataq otağında amansızcasına qətlə yetirdi
Atəşkəs iriçaplı pulemyotlar və snayper tüfənglərlə pozuldu - 26 dəfə
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib
Alternativ enerji sahəsində sərgilər və konfranslar investorları stimullaşdıracaq - "Iteca Caspian"ın rəhbəri bu sahəyə artan maraq haqqında
Cənubi Koreyada yeni növ koronavirusa yoluxanların sayı 1595 nəfərə çatıb
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 14 nəfər təxliyə edilib
“Qarabağ” Azərbaycan həftəsonu məktəbində Xocalı faciəsinə dair kvest keçirilib (FOTO)
Maas İranı dərhal BHFP-nin tam icrasına qayıtmağa çağırıb
Daha iki ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb
Türkiyədə 4,1 bal gücündə zəlzələ olub
Səfir: Danimarka şirkətləri dayanıqlı enerji sahəsində təcrübəsini Azərbaycanla bölüşə bilərlər
"Brent" markalı neftin qiyməti 52 dollardan aşağı düşüb (ƏLAVƏ OLUNUB)
Səudiyyə Ərəbistanı zəvvarların ölkəyə girişini dayandırır
Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb
Çindən kənarda koronavirusa yoluxanların sayı 2918 nəfərə çatıb
Tramp: Miluokidə baş verən atışmada 5 nəfər ölüb
Göyçayda birmərtəbəli ev yanıb
Türkiyə və Rusiya Ankarada İdlibi müzakirə ediblər
Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib (FOTO)
Türkiyə ordusu 114 Suriya hərbçisini zərərsizləşdirib
Çempionlar Liqası: "Real" "Mançester Siti"yə, "Yuventus" "Lion"a uduzdu
Suriya ordusunun hava zərbəsi nəticəsində 2 Türkiyə həbçisi həlak olub
Daha bir ölkədə yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb
Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bədii proqram təqdim olunub (FOTO)
Gəncədə top mərmisi tapılıb (FOTO)
Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşdi
Bakı Konqres Mərkəzində Xocalı faciəsinin ildönümü münasibəti ilə “Könlüm Xocalı” adlı anım tədbiri keçirilib (FOTO)
Pakistanda da yeni növ koronavirusa ilk yoluxma halı qeydə alındı
Moskvada Xocalı faciəsinin ildönümü qeyd olunub (FOTO)
İnternat məktəblərində qanuna uyğun psixoloji yardım həyata keçiriləcək
Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı qeydə alınıb
Xocalı soyqırımı ilə əlaqədar Efiopiyanın Milli Liderlik İnstitutunda açıq mühazirə keçirilib (FOTO)
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır
İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb
İstiliklə bağlı payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası təsdiqləndi
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
TRACECA bu il üçün planlar və yeni həllərin tətbiqi barədə
Dərsliklərin hazırlanması qaydası müəyyənləşdi - 100 ballıq şkala olacaq
Məktəblərdə tədris ilinin müddəti təsdiq edilib
Pensiyaçılar üçün bu xidmət pulsuz oldu
Ombudsman Aparatının nümayəndələri FHN-nin Mülki Müdafiə Qoşunlarının hərbi hissəsinə baş çəkiblər
Qaradağda 3 avtomobil toqquşub - Ölən var
Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir (FOTO)
Koronavirusla doğulmuş körpə 17 günə dərmansız sağaldı
Bəhruz Quliyev: Azərbaycan-Türkiyə münasibətləri keyfiyyətcə yeni müstəviyə keçməkdədir
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
DİN və Baş Prokurorluq Masallıdakı qətllə bağlı məlumat yayıb
“Fitch Ratings” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiq edib
Ombudsman Aparatının əməkdaşları Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkiblər
Xocalı faciəsi ilə bağlı İKT-lab və Dövlət Komitəsi maarifləndirici tədbir keçirib (FOTO)
Bolqarıstanda Xocalı soyqırımının 28-ci ildönümü anılıb (FOTO)
Region gənclərimiz Xocalı soyqırımı qurbanlarının xatirəsini anırlar (FOTO)
Məhərrəm Əliyev: Türkiyə və Azərbaycan arasında hərbi-siyasi və strateji əməkdaşlıq ölkələrimizin tərəqqi prosesini daha da sürətləndirəcək
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Ramiz Həsənov: Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin həlli prosesinə mane olur (FOTO)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırıldı (FOTO)
Prezident İlham Əliyev: Trampın fəal təmasları və iştirakı "Cənub Qaz Dəhlizi" ilə bağlı əvvəllər üzləşdiyimiz çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu
Türkiyə-Naxçıvan sərhədində yük avtomobillərinin keçidi bərpa edilib
“Nargis” Fondu Xocalı soyqırımının qurbanlarının xatirəsinə layihə təqdim edir (VİDEO)
Rusiyanın Serov şəhərində Xocalı faciəsi anılıb (FOTO)
Sərhədi qanunsuz keçmək istəyən şəxs saxlanılıb (FOTO)
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır (FOTO)
Səfir: İsrail Azərbaycan xalqı ilə çiyin-çiyinə dayanıb
Fevralın 27-nə manatın məzənnəsi
Masallıda 3 nəfəri və özünü güllələyən şəxs Bakıya gətirilir
Bakı və Abşeronda toz dumanı normadan çoxdur
Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bütün xəbərlər