...

Azərbaycanın Ukraynadakı Səfirliyinin ərazisində soydaşlarımız üçün ayrıca yeni bina inşa olunacaq

Siyasət Materials 16 Sentyabr 2019 14:37 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı Səfirliyinin ərazisində soydaşlarımıza yüksək səviyyəli xidmət üçün ayrıca yeni binanın inşasına başlanılacaq.
Azərbaycanın Ukraynadakı Səfirliyinin ərazisində soydaşlarımız üçün ayrıca yeni bina inşa olunacaq

Bakı. Trend:

Azərbaycanın Ukraynadakı Səfirliyinin ərazisində soydaşlarımıza yüksək səviyyəli xidmət üçün ayrıca yeni binanın inşasına başlanılacaq.

Səfirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlarımıza konsulluq xidmətinin operativ göstəriləcəyi binanın 200 kvadratmetr ərazisi olacaq. Vətəndaşlarımız müasir texnika ilə təchiz olunacaq binada rahat şəkildə müraciət edə biləcəklər. Bundan başqa, uşaqlı soydaşlarımız üçün ayrıca uşaq otağı xidmət göstərəcək.

Oktyabrda tikintisinə başlanılacaq müasir binanın gələn ilin əvvəlinə hazır olması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti