...

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlə bağlı bəyanat yayıb

Siyasət Materials 26 Sentyabr 2019 03:05 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan ilə görüşüblər
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşlə bağlı bəyanat yayıb

Bakı. Trend:

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) BMT Baş Assambleyasının iclasında ayrı-ayrılıqda və birgə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə görüşüblər.

Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumatına görə, onlar həmçinin ATƏT-in baş katibi Tomas Greminger, ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak və BMT-nin yüksək səviyyəli rəsmiləri ilə görüşüblər:

Bəyanatda qeyd olunur ki, həmsədrlər nazirlərə iyun ayında Vaşinqtonda keçirilən birgə görüşdən sonra, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı humanitar və təhlükəsizlik aspektləri üzrə Paris və Cenevrədəki son müşavirələrdən sonra fəaliyyətləri barədə məlumat veriblər:

"Həmsədrlər və nazirlər gərginliyi azaltması və barışığa və əsaslı danışıqlar üçün şərait yaradan əlavə tədbirləri müzakirə etməyə davam ediblər".

Həmsədrlərin yaxın vaxtlarda bölgəyə səfər etmək niyyətində olduğu da deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti