Aşqabad. Hüseyn Həsənov - Trend:
MDB dövlət başçılarının Aşqabad sammiti MDB formatında konstruktiv əməkdaşlığın inkişafına və möhkəmlənməsinə yönəlmiş yekun sənədlərin imzalanması mərasimi ilə başa çatıb.
Trend-in məlumatına görə, tədbir çərçivəsində MDB üzv dövlətlərinin strateji iqtisadi əməkdaşlığı haqqında bəyannamə və Böyük Vətən Müharibəsində sovet xalqının qələbəsinin 75 illiyi münasibətilə MDB ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciəti imzalanıb.
Bundan başqa, Özbəkistanın MDB-də sədrliyi və növbəti sammitin 2020-ci il oktyabrın 16-da Daşkənddə keçirilməsi barədə qərarlar imzalanıb.