...

Qaregin Njdeyə bəraət qazandırmağa çalışan Paşinyanı siyasi həyasızlıq etalonu adlandırmaq olar - Politoloq

Siyasət Materials 11 Oktyabr 2019 17:37 (UTC +04:00)
Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Nikol Paşinyan bir daha qeyri-adekvatlığını nümayiş etdirdi.
Qaregin Njdeyə bəraət qazandırmağa çalışan Paşinyanı siyasi həyasızlıq etalonu adlandırmaq olar - Politoloq

Bakı. İlhamə İsabalayeva - Trend:

Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Nikol Paşinyan bir daha qeyri-adekvatlığını nümayiş etdirdi. Paşinyan indi də faşizmin təbliğatçısı rolunda çıxış edir.

Bunu Trend-ə politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, faşist Almaniyasının işğalçılıq siyasətinin aparıcı elementlərindən biri, Hilterin əlaltısı olmuş Qaregin Njdeyə bəraət qazandırmağa çalışan Paşinyanı siyasi həyasızlıq etalonu adlandırmaq olar:

"Nikol Paşinyan sözügedən iclasda bildirib ki, Njde 1918-ci ildə erməni-türk müharibəsi zamanı türklərə qarşı mübarizə aparıb. Bu cür olsa belə, bu, Njdenin faşist Almaniyası tərəfindən SSRİ-yə qarşı vuruşmasına və minlərlə dinc insanların qətlə yetirilməsinə bəraət qazandırmır. Bunu dərk etmək iqtidarında olmayan Paşinyan bir az da irəli gedərək ötən əsrin 30-50-ci illərində onun repressiyalara məruz qaldığını və Vladimir həbsxanasında öldüyünü, onların hamısının xalq düşməni adlandırılmasının doğru olmadığını bildirib. Dar dünyagörüşlü Paşinyan olduqca uğursuz analogiya aparır. Çünki Njde 1948-ci ildə konkret olaraq törətdiyi hərbi cinayətlərə görə 25 illik həbs cəzası alıb".

Politoloq ermənilərin Njdeyə bu günə qədər bəraət ala bilmədiklərini də xüsusi vurğulayıb. Qeyd edib ki, İkinci Dünya Müharibəsi zamanı Ukrayna və Polşada dinc insanların kütləvi qətlində fəal iştirakına görə, SS rəhbərləri tərəfindən “nümunə” göstərilən Njdeyə bəraət qazandırmaq cəhdi bir daha sübut edir ki, Ermənistanın hazırkı rəhbəri bəşəriyyət üçün qorxulu kabus olan faşizmi dəstəkləyir və təbliğ edir:

"Tam əminliklə vurğulaya bilərəm ki, Paşinyanın 2015-ci il dekabrın 17-də BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş 70/139 saylı "Nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onunla əlaqədar dözümsüzlüyün artmasına səbəb olan digər hallara qarşı mübarizə" adlı Qətnamənin mövcudluğundan belə xəbəri yoxdur. Qətnaməyə əsasən, Njde kimi terrorçu, faşist “qəhrəmanlara” abidə ucaltmaq qadağandır. Paşinyanın Njdeni uğursuz şəkildə dəstəkləməsi cəhdi bir daha sübut edir o, özü və Ermənistan üçün “saatlı bomba” olmaq missiyasını uğurla yerinə yetirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti