Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi xarici siyasət kursumuzun çoxşaxəli olmasını bir daha sübut edir

Qoşulmama Hərəkatının Zirvə Görüşünün Bakıda keçirilməsi xarici siyasət kursumuzun çoxşaxəli olmasını bir daha sübut edir

Bakı. Samir Əli - Trend:

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycan üçün vacib və əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatı – BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilatdır və dünya əhalisinin təqribən 55%-i quruma üzv ölkələrdə yaşayır: "Bu dövlətlər dünyanın neft ehtiyatının 75%-dən, təbii qaz ehtiyatının 50%-dən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir.

Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi etməsi alqışlanmalıdır. Burada dünyanın yarıdan çoxu təmsil olunacaq. Onu da qeyd edim ki, bir neçə gün əvvəl türkdilli dövlətlərin rəhbərləri də Bakıda toplaşmışdılar. Ölkəmizdə belə sammitlərin keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və xarici siyasət kursumuzun çoxşaxəli olmasının daha bir sübutudur".

Millət vəkili bildirib ki, Bakıda belə bir forumun keçirilməsi Azərbaycanda daimi diplomatik nümayəndəlikləri olmayan ölkələrlə əlaqələri möhkəmləndirmək üçün effektli platforma imkanı yaradır: "Bu, həmçinin, BMT-də və digər beynəlxalq platformalarda Qarabağ məsələsi ilə bağlı potensial dəstək qazanmaqdır. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Qoşulmama Hərəkatı ölkələrinin səsi mühüm rol oynayıb.

Hərəkata üzv olduğumuz qısa müddət ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyət arasında məlumatlılıq daha da artıb. 2012-ci ildə İranın Tehran şəhərində keçirilən zirvə görüşündə qəbul edilmiş Yekun Sənəddə, Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” münaqişənin həllinə dəstək ifadə edilib. 2016-cı ildə də eyni qaydada, münaqişənin həll edilməmiş qalmasına təəssüf ifadə edilmiş və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə dəstək bildirilib".

E.Məmmədov qeyd edib ki, ölkəmizin Qoşulmama Hərəkatında iştirakı ilə bu qurumun üzvlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatı daha da dolğunlaşdı: "2012-ci ildən etibarən Hərəkatın nazirlər və zirvə görüşləri nəticəsində qəbul edilən bütün yekun sənədlərinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bənd daxil edilir. Burada münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə dəstək ifadə edilir".

Xatırladaq ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Oktyabrın 23-24-də isə təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.

Tədbirin işıqlandırılması üçün 246 jurnalist akkreditasiyadan keçib.

Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
AFFA hakimlərə onlayn dərslər keçir
AFFA hakimlərə onlayn dərslər keçir
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Olimpiya Oyunlarının təxirə salınmasının vurduğu ziyanın məbləği açıqlanıb
Loading Bars
Xəbər lenti
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
Xaçmazda xüsusi karantin rejimi ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir (FOTO)
Köşkdən oğurluq edən Bakı sakinləri tutuldu
Polis postlarından yalnız bu şəxslər və onların avtomobilləri buraxılacaq - YENİ QAYDA
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı daha bir videoçarx hazırladı (VİDEO)
Bakıda elektrik naqilləri oğurlayan şəxs saxlanıldı
DMX-dən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət
Zamanında mühüm xidmət növü - AptekOnline.az! (VİDEO)
Birinci sinfə elektron qeydiyyata yenidən start verilir
Azəriqaz: Daha az işçi ilə maksimum iş imkanları səfərbər olunur
Quba polisi gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Təhsil Nazirliyi vətəndaş qəbulunu bu tarixədək dayandırdı
Daha bir qrup sənət adamı koronavirusla bağlı vətəndaşlara müraciət ediblər (VİDEO)
Ağcabədidə yük avtomobili yandı
Daha 1400-dən çox tənha yaşlıya evlərində sosial xidmətlərə başlanıb
DİN: Zaqatalada koronavirusla bağlı yalan məlumat yayan şəxslər saxlanılıb
Tədrisi digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
AZAL #EVDƏQAL təşəbbüsü çərçivəsində yeni kampaniyaya start verir (FOTO)
TƏBİB-dən 6 yaşlı uşağın ölümü ilə bağlı rəsmi açıqlama
Bakıda mağazalardan oğurluq edən şəxs saxlanıldı
“Evdə qal” devizi altında aksiya davam etdirilir (FOTO)
Xaçmaz polisi karantin rejimi ilə bağlı gücləndirilmiş iş rejimində çalışır (FOTO)
Psixoloq: Klinik psixoloqların xalqa dəstək üçün videogörüntülər etməsi gözəl olardı
Qüdrət Həsənquliyev: Tofiq Yaqublu əsəblərinə hakim ola bilməyibsə, bunun təqsirkarı hazırda onun həbsini siyasiləşdirənlərdir
İsmayıllı sakinindən qanunsuz ov tüfəngi götürüldü
“Huawei Azerbaijan” koronavirusla mübarizədə Heydər Əliyev Fonduna dəstək göstərib (FOTO)
AZAL yalnız yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir
İranda ötən sutka koronavirus daşıyıcılarının sayı 3 mindən çox artıb
Gəncədə əhali COVİD-19 infeksiyası ilə bağlı maarifləndirilir (FOTO)
Azərbaycan şahmatçıları FİDE rəhbərliyindən Teymur Rəcəbovu iştirakçılar sırasında qaytarmağı xahiş edib (FOTO)
ABŞ koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollar yardım ayırıb
Cəlilabadda karantin rejiminə riayət etməyənlərə xəbərdarlıq edildi (FOTO)
Sabah Bakıda 17 dərəcə isti olacaq
İranda koronavirus diaqnozu testlərinin kütləvi istehsalına başlanılıb
Bakıda qardaşı arvadını qətlə yetirən şəxs saxlanıldı
Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq
Təcridxanaya narkotik keçirmək cəhdlərinin qarşısı alınıb - FOTO
D230 blokunda seysmik tədqiqat proqramı uğurla başa çatıb
Ötən gün 25 cinayətin üstü “isti izlər”lə açılıb
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu
Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib
Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər (FOTO)
Şəkiyə giriş-çıxış məhdudlaşdırıldı (FOTO)
Sərdar Cəlaloğlu: Tofiq Yaqublunun davranışı qətiyyən müdafiə oluna bilməz
Gənclər Fondunun əməkdaşları bir aylıq əmək haqqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi
“Azərenerji” strateji əhəmiyyətli müəssisələrdə qabaqlayıcı tədbirlər görür (VİDEO)
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ (VİDEO)
İranda koronavirusla əlaqədar ilk səyyar laboratoriya istismara verilib (FOTO)
KOBİA-nın dəstəyi ilə onlayn supermarket yaradıldı
Telekanallar milli filmləri nümayiş etdirəcək
Dənizçilər #evdəqal aksiyasına qoşulublar
İranda koronavirusla mübarizəyə böyük vəsait ayrılıb
SOCAR-ın prezidenti Heydər Əliyev adına Neft Emalı Zavodunda olub (FOTO)
ASAN mərkəzləri xüsusi iş rejimində işləyəcək
Sübut Əsədov: Tofiq Yaqublunun həbsini siyasiləşdirmək yolverilməzdir
Ağacların kəsilməsi ilə bağlı şikayət yerində araşdırılıb
"BakuBus"larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib (FOTO)
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur
“Könüllü DOST”lardan tənha yaşlılara əsl dost dəstəyi (FOTO)
“Beşinci kolon”dan ağaları da üz döndərir - "Politşou" təqdim edir (Videolayihə)
Deputatların koronavirusa görə testlərinin nəticələri açıqlandı
Qazax Sement Zavodu MMC rayondakı bütün tənha yaşlıları bir aylıq ərzaqla təmin edib (FOTO)
Atəşkəs 21 dəfə pozuldu
Bakıda “Mercedes” və “KamАZ” toqquşdu
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
Çində sutka ərzində 54 nəfər koronavirusa yoluxub
Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı
Azərbaycan bu il avtomobil ixracına başlayacaq
İordaniyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
Yaponiyanın şimalında 4,9 bal gücündə zəlzələ olub
ÜST: Dünyada 509 mindən çox insan koronavirusa yoluxub
ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib
Fransada koronavirusa yoluxma hallarının sayı 33 minə çatıb
Göyçayda ferma yanıb
Türkiyə beynəlxalq uçuşları tamamilə dayandırdı
Sabirabadda binada yanğın baş verib
Mağazalarda ən çox dezinfeksiya olunmalı sahələr açıqlandı
Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb
Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)
Koronavirusla bağlı Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir (VİDEO)
Koronavirusa yoluxan Fransadakı Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə videobağlantı (VİDEO)
Əlahiddə Ümumqoşun Orduda praktiki atışlar keçirilib (FOTO/VİDEO)
Elşad Hacıyev: Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib - Operativ Qərargah
DİN: Sosial şəbəkələrdə yayılan məlumatlar yalandır
Ağcabədidə ev yanıb
DYP əhaliyə müraciət etdi
Azərbaycanda koronavirusa yoluxanlar TV-lərə danışdılar (VİDEO)
DİN-də “qaynar xətt” xidməti yaradılıb
Ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyət uzadıldı
Binə qəsəbəsində 5 evdən oğurluq edənlər saxlanılıb (FOTO)
Azercell azərbaycanlıları koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik nümayiş etdirməyə çağırıb
Prezidentin çağırışına cavab olaraq Azərbaycan könüllüləri birləşdi
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
Xüsusi karantin rejimini pozan 25 iaşə obyektinin sahibi cərimələnib
Masallıda xüsusi karantin rejimi ilə bağlı tətbiq olunan qaydalara ciddi nəzarət edilir (FOTO)
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 000 manat köçürdü
Adil Qəribov “Şöhrət” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzalayıblar
Bütün xəbərlər