Bakı. Trend:
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin Azərbaycan Respublikasına səfəri oktyabrın 26-da başa çatıb.
Trend-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistan Prezidentini Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.