...

Azərbaycan Prezidenti BƏƏ-dən olan həmkarını təbrik edib

Siyasət Materials 30 Noyabr 2019 16:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb
Azərbaycan Prezidenti BƏƏ-dən olan həmkarını təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyana təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti