...

Biz idarəetmədə lazımi kadrların potensiallarını üzə çıxarmaq üçün “Yüksəliş” müsabiqəsini təşkil etmişik - Fərəh Əliyeva

Siyasət Materials 27 Dekabr 2019 10:55 (UTC +04:00)
“Yüksəliş” müsabiqəsinin son mərhələsinə gəlib çıxan iştirakçıların həyatı və taleyi ilə maraqlanacağıq.
Biz idarəetmədə lazımi kadrların potensiallarını üzə çıxarmaq üçün “Yüksəliş” müsabiqəsini təşkil etmişik - Fərəh Əliyeva

Bakı. Elçin Mehdiyev – Trend:

“Yüksəliş” müsabiqəsinin son mərhələsinə gəlib çıxan iştirakçıların həyatı və taleyi ilə maraqlanacağıq.

Trend-in məlumatına görə, bunu “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin rəhbəri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva müsabiqənin başlanmasına dair keçirilən mətbuat konfransında deyib.

F.Əliyeva bildirib ki, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsi həmin şəxslərin karyeralarında yüksəliş strategiyalarına nəzarət edəcək: “Biz idarəetmədə lazımi kadrların potensiallarını üzə çıxarmaq üçün “Yüksəliş” müsabiqəsini təşkil etmişik. Burada söhbət müəyyən mənada həmin insanların seçilməsi deyil, müəyyən mərhələlərdən sonra onların taleyi ilə maraqlanmaqdır. Əminəm ki, müsabiqənin qaliblərinə iş təklifləri də olacaq. Artıq belə bir maraq duyuruq”.

Qeyd edək ki, bu gündən “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib. Müsabiqənin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gənclər və İdman Nazirliyinə bir milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti