...

Növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə tələblərin təsdiq edilməsi başa çatır

Siyasət Materials 31 Dekabr 2019 11:15 (UTC +04:00)
Növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə tələblərin təsdiq edilməsi başa çatır
Növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə tələblərin təsdiq edilməsi başa çatır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi müddəti bu gün başa çatır.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, tələblər səsvermə gününə azı 40 gün qalanadək, yəni 2019-cu il dekabrın 31-dək təsdiq edilməlidir.

Tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 2.1-ci bəndinə əsasən təsdiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti