...

Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş 7 saat davam edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 29 Yanvar 2020 22:34 (UTC +04:00)
Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.
Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş 7 saat davam edib (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 14:21-də yayımlanıb

Bakı. Trend:

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında görüş başa çatıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

"Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə bu ilin 29 yanvar tarixində Cenevrədə keçirilən görüşü 7 saat davam edib.

Ümumilikdə tərəflər, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların intensivləşdirilməsinin və danışıqlar gündəliyindəki bütün məsələlər üzrə konkret nəticələrin əldə olunması mövqeyindən çıxış edirlər. Sabah danışıqların növbəti raundu keçiriləcək".

XXX

14:21

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva "Twitter" hesabında qeyd edib.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti