...

Cavanşir Feyziyev Aydınbulaq, Şirinbulaq və Bideyiz kəndlərində seçiciləri ilə görüşüb (FOTO)

Siyasət Materials 7 Fevral 2020 10:08 (UTC +04:00)

Bakı. Trend:

115 saylı Şəki seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Cavanşir Feyziyev parliament seçkiləri ilə bağlı təşviqat işlərini davam etdirir.

Trend-in məlumatına görə, bu dəfə Cavanşir Feyziyev seçki dairəsinə daxil olan Aydınbulaq, Şirinbulaq və Bideyiz kəndlərində seçiciləri ilə görüşə gedib. Seçicilər Cavanşir Feyziyevi öz kəndlərində sevinclə qarsalayıblar.

Şirinbulaq kəndinin sakinləri keçən yay aylarında deputatla görüşlərini xatırlayaraq həmin görüşdən sonra kəndlərində baş verən dəyişikliklərdən danışıblar. Şəki rayonunun ucqar dağ kəndi olan Şirinbulağa yol çəkilişinin başlanmasını “möcüzə” adlandıran sakinlər telefon rabitəsinin olmaması ilə bağlı son görüşdə qaldırılan məsələnin də artıq öz həllini tapdığını bildiriblər.

Görülmüş işlərin hər bir sakinin həyatında dönüş yaratdığını bildirən Şirinbulaq sakinləri ölkə başçısının apardığı siyasətdən və deputatın fəaliyyətindən razı qaldıqlarını ifadə edərək novbəti seçkilərdə də hamılıqla Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərinə söz veriblər.

Aydınbulaq kəndinin sakinləri də öz çıxışlarında 4-cü və 5-ci çağırış Milli Məclisdə onları təmsil etmiş Cavanşir Feyziyevin kənd sakinləri ilə mütəmadi əlaqələrindən razı qaldıqlarını və ölkədə aparılan islahatları təqdir etdiklərini bildiriblər. Kəndin təbii qazla təmin olunması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırılmasını xahiş edən sakinlər növbəti seçkilərdə də Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini qeyd ediblər.

Bideyiz kəndinin sakinləri öz çıxışlarında kənd təsərrüfatı sahəsində aparılan islahatların yeni imkanlar açmasından danışıb və öz fərdi təsərrüfatlarını canlandırması üçün onlara dəstək lazım olduğunu bildiriblər. Vətəndaşlar son 9 il ərzində deputatın onlarla mütəmadi olaraq görüşdüyünü və onların müraciətlərinə vaxtında cavab verildiyini qeyd edərək qarşıdan gələn seçkilərdə də Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

Aydınbulaq, Şirinbulaq və Bideyiz kəndlərində seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Cavanşir Feyziyev ölkədə aparılan islahatların mahiyyətini izah edərək, icbari tibbi sığortanın tətbiqi, kənd fermerlərinə göstərilən dövlət dəstəyi, vergi, gömrük və sosial müdafiə siyasətində şəffaflığın təmin olunması və eləcə də beynəlxalq siyasətdə Azərbaycanın rolu və nüfuzunun yüksəlməsi haqqında seçicilərə məlumat verib, onları 9 fevral seçkilərində fəal iştirak etməyə çağırıb.

Ucqar dağ kəndlərində keçirilən bu görüşlər bir daha onu göstərir ki, təkcə paytaxtda və böyük şəhərlərdə deyil, o cümlədən ucqar dağ kəndlərində yaşayan vətəndaşlar da ölkədə aparılan islahatlardan çox razıdır və onlar böyük həvəs və maraqla növbədənkənar parlament seçkilərinə hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti