...

Litvalı müşahidəçi: Azərbaycanda demokratik seçkilər keçirildi (FOTO)

Siyasət Materials 10 Fevral 2020 10:39 (UTC +04:00)
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri şəffaf, doğru-düzgün qaydada keçirilib.
Litvalı müşahidəçi: Azərbaycanda demokratik seçkilər keçirildi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri şəffaf qaydada keçirilib.

Trend-in məlumatına görə, bunu Milli Məclisə fevralın 9-da keçirilən növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar keçirilən tədbirdə Litvadan olan beynəlxalq müşahidəçi, Litva-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Valeriy Simulik deyib.

Onun sözlərinə görə, demokratik seçki bütün cəmiyyətlərdə imtahandır.

Azərbaycanda bir neçə dəfə seçkilərdə müşahidə apardıqlarını söyləyən müşahidəçi əlavə edib ki, Litva müşahidə missiyasının regionlardakı seçki məntəqələrində müşahidə aparmaq istəkləri təmin edilib: "Dünən 3 dairənin 15 məntəqəsinə baş çəkdik. Cocuq Mərcanlı kəndində olduq. Müşahidəçilər yalnız partiya üzvləri deyildi, bitərəf şəxslər də vardı. Hər dairədə 11-14 namizəd var idi ki, bu da siyasi rəqabətin olması üçün çox gözəl şəraitin yaradılması demək idi".

V.Simulik müsbət hal kimi vurğulayıb ki, namizədlərin təxminən 20 faizi qadınlar olub, onların 40 faizi artıq seçilib.

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

Səsvermə hüququna malik 5 212 902 nəfər seçicidən 2 547 982 seçici səs verib. Seçici fəallığı 47.81 faiz təşkil edib.

Ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub ki, burada seçici fəallığı 76,1 faiz (37 min 970 seçicidən 29 419 nəfər), ən passiv dairə olan 17 saylı Yasamal 3-cü Seçki Dairəsində isə seçici fəallığı 17,84 faiz (30 min 534 seçicidən 5 min 447 nəfər) təşkil edib.

Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləri olub. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti