...

Prezident İlham Əliyev növbəti dəfə Paşinyanı çıxılmaz vəziyyətə saldı

Siyasət Materials 15 Fevral 2020 21:50 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb
Prezident İlham Əliyev növbəti dəfə Paşinyanı çıxılmaz vəziyyətə saldı

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb.

Trend Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

Dövlət başçısı qeyd edib ki, Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar: "İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti