...

Deputat: Paytaxt ilə regionların inkişafı arasında bir harmoniya yaradılıb (VİDEO)

Siyasət Materials 10 Mart 2020 16:50 (UTC +04:00)
Azərbaycanda paytaxtı ilə regionların inkişafı arasında bir harmoniya yaradılıb.
Deputat: Paytaxt ilə regionların inkişafı arasında bir harmoniya yaradılıb (VİDEO)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda paytaxtı ilə regionların inkişafı arasında bir harmoniya yaradılıb.

Bunu "Trend" İnformasiya Agentliyinin "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibə verən Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın regionlarının inkişaf səviyyəsi müasir tələblərə cavab verir:

“Azərbaycanda elə bir region tapmaq mümkün deyil ki, oradakı inkişaf Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş tələblərə cavab verməsin. Regionlarımızda abadlıq, quruculuq, böyük infrastruktur layihələri həyata keçirilir, regionlarda yeni iş yerləri açılır. Bütün bunlar Azərbaycan vətəndaşının bu gününə, sabahına, daha böyük xoşbəxt gələcəyinə, sosial rifahına tam təminat verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti