...

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək

Siyasət Materials 30 Mart 2020 11:46 (UTC +04:00)
Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək.
Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin iclasları internet vasitəsilə keçiriləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisinin Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Nizamnaməyə yeni əlavənin edilməsi təklif edilir. Əlavədə qeyd olunur: "Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının, həmçinin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edir. Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir".

Təklif birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti