...

Ramil Həsən: Azərbaycanda əhalinin sağlamlığının qorunması xüsusi diqqət mərkəzində saxlanılır

Siyasət Materials 10 Aprel 2020 14:49 (UTC +04:00)
Ramil Həsən: Azərbaycanda əhalinin sağlamlığının qorunması xüsusi diqqət mərkəzində saxlanılır

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli tədbirlər həyata keçirilir, əhalinin sağlamlığının qorunması xüsusi diqqət mərkəzində saxlanılır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

R.Həsən bildirib ki, görülən bütün işlər məhz insanların sağlamlığının qorunmasına, bu təhlükəli xəstəliyin qarşısının alınmasına yönəlib.

Millət vəkilinin sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin nəzarəti altındadır.

R.Həsən əlavə edib ki, infeksiyanın geniş yayılmasının qarşısının alınması üçün hökumət tərəfindən mühüm addımlar atılmaqdadır:

“Ölkəmizin səhiyyəsi, fədakar tibb işçiləri bu prosesdə səfərbər olunublar. Bu günə qədər 57 min test aparılıb ki, bu, çox yaxşı göstəricidir. Bunun nəticəsində, yoluxma hallarının olub olmamasını daha tez öyrənmək mümkündür".

Deputat vurğulayıb ki, aprelin 5-də Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilməsi də bu məqsədə xidmət edir:

"Bu qaydalar infeksiyanın geniş yayılmasının qarşısının alınması üçün görülən işlərin davamıdır. Hazırkı şəraitdə insanlar öz sosial məsuliyyətini dərk etməlidir. Çünki infeksiyanın yayılmaması üçün qaydalara əməl etmək vacib şərtdir. insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları yerlərdə qalmaları zəruridir. Çox vacib hallarda müəyyən edilmiş hallarda evlərini tərk etməlidirlər. Yaxşı haldır ki, bu yöndə geniş maarifləndirmə təbliğat işləri aparılır və bu da müsbət təsirini göstərir.

İnanıram ki, birliyimiz və həmrəyliyimiz nəticəsində bu sınaqdan uğurla çıxa biləcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti