...

Elmar Məmmədyarov rusiyalı həmkarı ilə koronavirusu müzakirə edib

Siyasət Materials 13 Aprel 2020 18:06 (UTC +04:00)
Elmar Məmmədyarov rusiyalı həmkarı ilə koronavirusu müzakirə edib

Bakı. Trend:

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər üzrə ətraflı müzakirələr aparıblar.

Nazirlər hər iki ölkənin COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı fikir mübadiləsi həyata keçiriblər.

Mövcud vəziyyətdə iki ölkə sərhədində olan vəziyyət müzakirə olunub və tərəflər vurğulayıblar ki, müvəqqəti olaraq sərhədlərin bağlanılması hər hansı bir şəkildə iki ölkə arasında, eyni zamanda digər ölkələrə münasibətdə beynəlxalq yük daşımalarına təsir göstərməyəcək.

Xarici İşlər nazirləri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə, o cümlədən münaqişənin həlli istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi həyata keçiriblər.

Nazirlər, COVİD-19 pandemiyası ilə bağlı vəziyyət aradan qaldırıldıqdan sonra məsləhətləşmələri davam etdirməyi razılaşdırıblar.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti