...

Milli Məclis Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ilə bağlı açıqlama yayıb

Siyasət Materials 13 Aprel 2020 22:32 (UTC +04:00)
Milli Məclis Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ilə bağlı açıqlama yayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin cəmi 16 deputatının Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ödəməsi ilə bağlı mətbuatda yayılan məlumat tamamilə yanlışdır. Bunu Trend-ə Milli Məclisin Mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu bildirib ki, bu məlumat həqiqəti əks etdirmir: "Bu məsələni Milli Məclisin sədri Sahibə Qafarova parlamentin son iclasında da qeyd etdi və ictimaiyyətə açıqladı ki, Milli Məclisin bütün deputatları, Aparat və İşlər İdarəsinin işçiləri fonda ümumilikdə 250 min manatdan artıq vəsait köçürüb:

"Əgər lazım gəlsə, siyahı var və biz onu mətbuata, ictimaiyyətə açıqlaya bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti