Sizin sayənizdə Azərbaycan xalqı bu pandemiyaya qalib gələcək və dövlətimiz gündən-günə çiçəklənəcək - Vətəndaşlar Azərbaycan Prezidentinə təşəkkür ediblər

Sizin sayənizdə Azərbaycan xalqı bu pandemiyaya qalib gələcək və dövlətimiz gündən-günə çiçəklənəcək - Vətəndaşlar Azərbaycan Prezidentinə təşəkkür ediblər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Trend həmin məktubların bir neçəsini təqdim edir.

Şamaxı rayonu sakini Aytən Ədilova yazır ki, Prezident İlham Əliyevə yazılan minnətdarlıq məktublarını efirdə dinlədikdə o da ürəyindən gələn səmimi hislərini bildirmək istəyib:

"Mənim 12 yaşım var. Şamaxıda yerləşən M.Hadi adına 9 saylı məktəbin VI sinfində oxuyuram.

Əvvəla dünyada, eləcə də Azərbaycanda yayılmış koronavirus infeksiyasına qarşı ölkəmizdə görülən işlərə görə Sizə “Çox sağ olun!” demək istəyirəm. Sizin sayənizdə respublikamızda bu virusun qarşısı vaxtında alındı. Siz biz uşaqları qorumaq üçün dərsləri dayandırdınız. Lakin evdə qalsaq da, təhsildən, dərslərimizdən geri qalmırıq.

Mən bilirəm ki, Siz uşaqları çox sevirsiniz. Mən də Sizi çox sevirəm. Bu sevgimi beş yaşından iştirak etdiyim bütün tədbirlərdə ümummilli liderimiz Heydər Əliyevə və Sizə həsr olunmuş şeirləri böyük həvəslə söyləməklə bildirirəm.

Deyirlər, uşaqların Allahdan istəkləri mütləq yerinə yetir. Mənim arzum Sizi, Azərbaycanı xoşbəxt görməkdir. Bizi qoruduğunuza görə Sizə təşəkkür edirəm. Nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizinlə fəxr edirik".

Zəngilan rayonundan 81 yaşlı məcburi köçkün, Qarabağ müharibəsi veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Oqtay Ələkbərov isə qeyd edir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarının layiqli davamçısı kimi Birinci vitse-prezident Mehriban xanımla birlikdə dövlət-xalq-iqtidar birliyini formalaşdıraraq, gündən-günə möhkəmləndirir:

"Çətin sınaqlarda qayğı, dərin sevgi ilə vətəndaşların yanında olmusunuz. Xalqa maddi-mənəvi kömək göstərmisiniz, xalqın qəlbində ümid çırağı yandırmısınız. Siz çiyinlərinizdə Vətənin və xalqın ağır yükünü çəkirsiniz. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz uğurlu islahatlar və layihələr, çoxşaxəli fəaliyyətiniz dəyərli və qiymətlidir. Qloballaşan dünyamızda Sizin dərin təfəkkürünüz, uzaqgörənliyiniz, siyasi hadisələrə vaxtında düzgün qiymət vermək bacarığınız, yüksək mədəniyyətiniz inkişaf etmiş bir çox ölkələrin rəhbərlərinin Sizə hörmət və ehtiramını qazandırıb.

Dünyanın 200-dən çox ölkəsini cənginə almış koronavirusla mübarizədə vaxtında qabaqlayıcı tədbirlər görməyinizin nəticəsidir ki, ölkəmizdə insan itkisi daha az oldu. Əminik ki, xalqımız bir yumruq kimi birləşəcək, bu mübarizədən başıuca çıxacaqdır. Qələm sahibi kimi şeirlərimin birində yazmışam: “Kim şəriksə Vətənin, xalqının əzabına, Yazdıracaq adını insanlıq kitabına”. Sizin adınız Vətənin və xalqımızın tarix səhifəsinə qızıl hərflərlə yazılacaq. Siz ən dərin hörmət və ehtirama layiqsiniz. Uca Tanrı Sizi qorusun".

Ağsu rayonu sakini, Əməkdar müəllim Yaşar Qarayev bildirir ki, bütün xalqımız kimi, Ağsu rayonunun Bico kəndinin sakinləri də ölkə başçısının xalqımızın uğurlu sabahına, xoşbəxt gələcəyinə hesablanmış daxili və xarici siyasətini ürəkdən bəyənir, ona minnətdarlıqlarını bildirirlər:

"Bu gün Ulu Öndərimizin ruhu ona görə şaddır ki, Siz onun mənsub olduğu, sevdiyi xalqa ləyaqətlə xidmət edirsiniz. Buna görə xalqımız Sizi mərd atanın mərd oğlu kimi tanıyır.
Əziz Prezidentimiz, gördüyünüz işlər o qədər əzəmətli və böyükdür ki, onlar dünyanın hər yerindən görünür. Son illər kəndimizdə də çox böyük işlər görülüb. Məktəb və xəstəxana binaları istifadəyə verilib, evlərimizə qaz və su xətləri çəkilib, kəndarası yollar asfaltlanıb.
Bu qayğılı günlərdə də aztəminatlı, həssas təbəqəyə hər cür qayğı göstərilir. Bütün işlərinizə görə kənd sakinləri adından Sizə “Çox sağ olun!” deyir, hörmət və ehtiramımızı bildiririk".

Sumqayıt şəhər sakini, təbiət elmləri təmayüllü gimnaziyanın 8 "b" sinif şagirdi Səid Qüdrətli isə vurğulayır:

"Möhtərəm cənab Prezident. Sizin dünyanın çətin sınaq mərhələsində hadisələri öncədən görməyinizi və qabaqlayıcı tədbirlər görməyinizi alqışlayır və dərin minnətdarlığımı bildirirəm. Bu tədbirlər təhlükəli virusun Azərbaycanda geniş yayılmasına imkan vermədi. İnanıram ki, Sizin sayənizdə Azərbaycan xalqı bu pandemiyaya qalib gələcək və dövlətimiz gündən-günə çiçəklənəcək. Öz adımdan ilk öncə Sizə, aidiyyəti dövlət qurumlarına və birlik göstərən xalqıma təşəkkür edirəm.

Hörmətli Prezident, bu çətin vaxtda xalqımız üçün gördüyünüz işləri dəyərləndirməyi özümə borc bildim. Sizə təşəkkür bildirir, möhkəm cansağlığı arzu edirəm".

Saray kənd tam orta məktəbinin müəlliməsi Zülfiyyə Məmmədova isə bildirir ki, bütün dünyanı dəhşətə gətirən COVID-19 pandemiyası ilə əlaqədar ölkə başçısının həyata keçirdiyi tədbirlər xalqımıza olan məhəbbət və sevginin təzahürüdür:

"Azərbaycan koronavirusla mübarizədə ağır nəticələrlə üzləşmədi. Bu da Sizin ulu öndər Heydər Əliyev məktəbindən öyrəndiyiniz dərin siyasi, diplomatik biliyiniz və vətənsevərliyiniz sayəsində mümkün oldu.

Aztəminatlı ailələrə verilən müavinətlər, koronavirus xəstələrinin dövlət hesabına müalicəsi, əhalinin həssas qrupuna aid olan tələbələrin təhsil haqlarının dövlət hesabına ödənilməsi, kommunal ödənişlərə edilən güzəştlər insanların Sizə inamını daha da artırdı. Sizin və ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xalqa ünvanlanan doğma və qayğıkeş müraciətləriniz, həqiqətən, bizim birlikdə güclü olduğumuzu sübut etdi.

Var olasınız, cənab Prezident! Var olasınız ki, Azərbaycanımızın adını həmişə daha yüksəklərə ucaldasınız. Dünyamıza, ölkəmizə, Sizə, ailənizə və doğmalarınıza sağlam həyat diləyirəm. Sizə təşəkkür edirəm".

Bərdə rayonu sakini Nurlan İlyaslı isə yazır ki, səkkizinci sinifdə oxuyur:

"Əvvəllər də gördüyünüz işlərdən ruhlanaraq Sizə məktubla müraciət etmişdim. Sizin Sərəncamınızla banklara borcu olan şəxslərə hərtərəfli kömək edilməsi üçün hazırlanmış plan məni çox təsirləndirmişdi. Buna laqeyd qala bilməmiş, bir məktəbli, gələcəyin əsgəri kimi Sizə minnətdarlıq məktubu yazmışdım. Hazırda da Sizin respublikamızda apardığınız işlər məni yenidən şövqə gətirib. Buna görə də yenidən minnətdarlıq məktubu yazmaq qərarına gəldim.
Məlum COVID-19 virusunun ölkəmizdə qarşısının alınması məqsədilə verdiyiniz sərəncam və fərmanları ailəmlə birlikdə dəstəkləyirik. Sizin gördüyünüz tədbirlər nəticəsində ölkəmizdə itki daha az oldu, sahibkarlara, fermerlərə dəyən zərər Sizin Sərəncamınızla görülən tədbirlər sayəsində qarşılanır, xalqımızın yaşayış səviyyəsinin aşağı düşməməsi üçün gördüyünüz işlər göz qabağındadır.

Cənab Prezident, bu çətin dövrdə Siz bizim xalqımıza ata, baba, qardaş, öz doğma, əziz övladlarınız kimi yanaşırsınız, hamının çətinliyini, problemini öz probleminiz kimi qəbul edirsiniz. Hörmətli Mehriban xanımın xalqımıza ünvanladığı müraciət, həmin müraciətin mətni bir ayrı mövzudur. Mehriban xanım öz müraciətində Azərbaycan xalqına bir nənə, ana, bacı kimi müraciət etdiyini göstərdi. Həmin müraciətihəvəslə oxudum, hər ikinizi sevməkdə yanılmadığımı bir daha anladım.

İnanıram ki, Sizin sayənizdə tezliklə COVID-19 virusundan qurtulacaq, yenidən məktəbə gedəcəyik. Məktəbli olsam da, daim Sizinləyəm. Siz mənə çox doğma insansınız".

Paytaxt sakinləri Adil Xaliqov Mehman Mehtiyev isə bildirir ki, ölkə başçısı koronavirusla mübarizə dövründə xalqımızın Azərbaycan Prezidentinə bəslənən ümidlərini bir daha doğrultdu, bizi böyük bir bəladan xilas etməkdədir:

"Sizi dəstəkləyir, bu şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayırıq.

Sizin tərəfinizdən görülən qabaqlayıcı tədbirlər pandemiya bəlasına qarşı çox səmərəli oldu. Bu virus heç kimin gözləmədiyi anda ortaya çıxdı. Lakin hər kəsin gözlədiyi kimi, Siz bu çətinliyə də etibarlı sipər oldunuz, xalqımızı qorudunuz, ölkəmizi böyük bir təhlükədən xilas etdiniz.

Allah Sizə hər zaman kömək olsun".

Hacıqabul rayonu Nazim Zeynalov isə yazır ki, dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizə təsirinin azaldılması istiqamətində Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində çox mühüm işlər görülüb:

"Sizin “Mənim üçün Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onun təhlükəsizliyinin təmin olunması hər şeydən üstündür” sözləriniz öz xalqının taleyinə ürəkdən yanan müdrik rəhbər, dövlət başçısı kimi çətin gündə Azərbaycanın hər bir vətəndaşına sevginizi, qayğınızı ifadə edir.

Azərbaycanda virusun qeydə alındığı gündən bütün qüvvələr səfərbər edilərək, xüsusi karantin rejimi tətbiq olundu. Sizin təşəbbüsünüzlə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündəki əhatəli çıxışınızla ölkələri əməkdaşlığa çağırdınız.
Bütün bunlar sübut edir ki, apardığınız uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Xalqımızın sağlamlığı, təhlükəsizliyi naminə göstərdiyiniz fədakarlığa, yüksək qayğıya görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız da Sizə güvənir, Sizinlə qürur duyur. Qürur duyuruq ki, dar məqamda düzgün qərar qəbul edən, xalqı təhlükədən qoruyan Sizin kimi Prezidentimiz, rəhbərimiz var. Ulu Tanrı Sizi qorusun".

Sabirabad rayonu sakini Fazilə Qurbanova isə yazır ki, o, gözdən əlildir:

"Amma Sizin xalqımız üçün etdiklərinizi, bizləri işıqlı sabaha apardığınızı görürəm. Bizi qorxulu bəladan qoruduğunuza görə Sizə təşəkkür etmək istəyirəm.

Cənab Prezident, Sizin müdrik rəhbərliyinizlə nəinki pandemiyaya qalib gələcəyik, hətta işğal altında olan torpaqlarımızı qısa zamanda azad edəcəyik. Siz varsınızsa, bütün problemlər öz həllini tapacaq.

Mənim övladım Türkiyədə təhsil alır. Türkiyədə olan bütün tələbələr bu çətin vaxtlarda özlərini tək hiss etmədilər. Siz onlara arxa oldunuz.

Çox sağ olun, var olun, cənab Prezident! Biz əlillərə göstərdiyiniz qayğıya görə Sizə xüsusi təşəkkür etmək istəyirəm. Sizinlə fəxr edirəm".

Ağstafa rayonu sakinləri Həzrətəli İbrahimov Qətibə İbrahimovanın təşəkkür məktublarında qeyd edilib ki, Azərbaycan Prezidenti dünyanı bürüyən və böyük tələfatlara səbəb olan koronavirus pandemiyasına qarşı çevik və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməklə vətəndaşlarımızın yanında olduğunu bir daha sübut etdi:

"Həmçinin son günlər əhalinin aztəminatlı hissəsinin sosial rifahının yaxşılaşdırılması üçün imzaladığınız məlum sərəncamlara görə Sizə minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi və övladlarınızı qorusun.

Cənab Prezident, mən bir vətəndaş olaraq Sizin və Mehriban xanımın bu xidmətlərini yüksək qiymətləndirirəm. Ürəkdən inanıram ki, həyata keçirdiyiniz tədbirlər sayəsində xalqımız tezliklə bu ağır xəstəlikdən en az itki ilə qurtulacaqdır.

Bütün bu diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı Sizi, ailənizi, xalqımızı və möhkəm təməlləri ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan qüdrətli dövlətimizi qorusun".

Tovus rayonu sakini Razim Qocayevin minnətdarlıq məktubunda isə deyilirr:

"Çox hörmətli cənab Prezident. Sizə ailəmiz adından minnətdarlığımızı bildiririk ki, belə güclü dövlət yaratmısınız və biz bu ölkənin vətəndaşlarıyıq.

COVID-19 pandemiyasının dünyada səhiyyəni və sosial durumu iflic etdiyi bir vaxta Siz sübut etdiniz ki, həqiqətən də Azərbaycan güclü dövlətdir. Neftin kəskin ucuzlaşdığı bir zamanda Siz sosial vəziyyəti zəif olan vətəndaşlara birdəfəlik ödənişin edilməsi, xalqının rifahının yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verdiniz. Siz bir daha yenə sübut etdiniz ki, ölkəmizin neftdən asılılığı azalıb.

Cənab Prezident, bütün bunlar Sizin sayənizdədir. Sizə minnətdaram. Biz Sizinlə güclüyük".

Ağdam rayonu sakini Kərim Novruzov isə yazır ki, Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarını bütün dünyanı bürümüş pandemiyanın fəsadlarından qorumaq üçün gördüyü təqdirəlayiq tədbirləri alqışlayır:

"Bu gün bütün xalqımızın vətəndaşlıq nümunəsi göstərməsi günüdür. Hər kəs əlindən gələni mövcud şəraitə uyğun olaraq ən yaxşı şəkildə və keyfiyyətlə yerinə yetirməlidir.
Bir tarix müəllimi kimi bütün imkanlardan istifadə edərək, şagirdlərimin təhsildən geri qalmamaları üçün əlimdən gələni əsirgəmirəm. Bundan başqa, dövlətimizin bu bəladan qorunması üçün istənilən tapşırığınızı yerinə yetirməyə hazıram.

Sonda Sizə bir daha uzun ömür, cansağlığı və xalqımızın rifahı naminə fəaliyyətinizdə uğurlar diləyərək, deyirəm ki, getdiyiniz yol haqq yoludur. Bu yol Heydər yoludur və bu yolda Sizinləyik"!

Paytaxt sakini Bəylər Əzimovun minnətdarlıq məktubunda isə vurğulanır:

"Möhtərəm cənab Prezident. Son günlər bəşəriyyətin bəlasına çevrilən COVID-19 infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması üçün həyata keçirilən sosial təcrid tədbirlərinə dəstək olaraq həmrəylik nümayiş etdirməyiniz xalqımız tərəfindən yüksək qiymətləndirilir. Pandemiyasına qarşı mübarizə çərçivəsində Sizin rəhbərliyinizlə respublikamızda qabaqlayıcı tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının koronavirus təhlükəsi ilə əlaqədar “Evdə qal, həyatları xilas et!” çağırışı ilə yaşı 65-dən yuxarı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Azərbaycan gəncləri də Sizin atdığınız qətiyyətli addımları, xalqımıza göstərdiyiniz diqqəti və qayğını dəstəkləyirlər. Tibb işçilərimiz istər xəstəxanalarda, istərsə də karantində olan və müalicə alan vətəndaşlarımızla xüsusi maraqlanır, onların tezliklə sağalıb ailələrinin yanına qayıtmaları üçün əllərindən gələni edirlər.

Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla koronavirusa tez bir zamanda qalib gələcəyik. Mən gənclər adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirir, müstəqil Azərbaycanımızın tərəqqisi naminə fədakar fəaliyyətinizdə uğurlar arzu edirəm2.

Məcburi köçkün, Şəmkir rayonu sakini Müslüm Ağaliyev isə qeyd edir ki, bu çətin zamanlarda xalqın yanında olduğuna, koronavirusla mübarizədə çox önəmli qabaqlayıcı tədbirlər həyata keçirdiyinə görə ailəsi və doğmaları adından ölkə başçısına təşəkkür edir:

"Sizinlə çiyin-çiyinə çalışan, kiçiklərə sevgi, böyüklərə hörmətlə yanaşmaqla hər birimizə nümunə olan dəyərli Mehriban xanıma, öz pozitivliyi ilə gənclərimizə dəstək olan övladlarınıza cansağlığı arzu edirəm.

Dahi Ümummilli Lider, öz ideyaları ilə böyük bir siyasi məktəb qoyub getmiş ulu öndərimiz Heydər Əliyevin adı hər zaman qəlbimizdə ən yüksəklərdədir. Təbii ki, onun məktəbini keçmiş bir insan, xalqına sədaqətlə xidmət edən bir Prezident Sizin kimi olmalıdır. Mən Sizinlə fəxr edirəm. Siz ölkəmizi çox yüksək arenalarda layiqincə təmsil edir, atdığınız hər addımla Azərbaycanın adını daha yüksəklərə qaldırırsınız. Tutduğunuz şərəfli yolda Sizə uğurlar, xalqımıza xoşbəxt, firavan gələcək arzu edirəm. Biz Sizinləyik!

Cənab Prezidentimiz, ən böyük diləyim işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasıdır. Ana ocağımızı, ata yurdumuzu azad görmək istərdik. Ulu Tanrıdan hər gün bunu diləyirəm".

Slyan şəhəri sakini Cavid Səmədli isə qeyd edir ki, Azərbaycanın əldə etdiyi uğurların əsas təminatçısı insan kapitalına, xüsusilə də yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclərə göstərilən diqqət və dəstəkdir:

"Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir.
Siz bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi yolunda gənclərə böyük meydan verilməsinin daim tərəfdarı olmuş, onlara bunun üçün hər cür şərait yaratmışınız. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişafı prosesinin avanqardına çevrilirlər.

Dövlətimizin koronavirusla mübarizdə apardığı bu çətin günlərdə də gənclər üzərilərinə düşən məsuliyyəti dərk edir, xüsusi karantin rejimi çərçivəsində qoyulan məhdudiyyət tədbirlərinə ciddi əməl edirlər.

Siz də öz növbənizdə belə bir vaxtda xalqımıza arxa-dayaq oldunuz, təhlükəsizliyimiz üçün əlinizdən gələni əsirgəmədiniz. Xalqımıza göstərdiyiniz dəstəyə və qayğıya görə Sizə və Mehriban xanıma sonsuz təşəkkürümüzü bildiririk".

Lənkəran şəhəri sakini Zaur Hüseynov isə vurğulayır ki, bu gün koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən operativ mübarizə tədbirləri dövlətin öz vətəndaşlarına verdiyi dəyərin bariz nümunəsidir:

"Dünya ölkələrinin koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərdən əziyyət çəkdikləri bir vaxtda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Sizin rəhbərliyinizlə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır. Koronavirusla Mübarizəyə Dəstək Fondunun təsis olunması, yeni xəstəxanaların açılışı, modul tipli 6 xəstəxananın tikintisinə başlanılması Azərbaycanın bütün dünyanı təhdid edən bəladan az zərərlə çıxacağından əminlik yaradır.
Yürüdülən müdrik siyasət, görülən düzgün mübarizə tədbirləri dünyanın aparıcı dövlətləri tərəfindən təqdir edilməkdədir.

Ölkəmizin hər bir vətəndaşına örnək sayılacaq fəaliyyətinizə görə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi İşçilərinin Həmkarlar İttifaqının üzvləri adından Sizə təşəkkür edir və işlərinizdə uğurlar arzulayırıq. Biz əminik ki, Sizin rəhbərliyinizlə bu sınaqdan da üzüağ çıxacağıq. Tanrı Sizi, xalqımızı və dövlətimizi qorusun".

Cəbrayl rayonundan Köçəri Tumasov isə qeyd edir:

"Möhtərəm və əziz Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev.

Sizin “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz 17 il ərzində sürətlə inkişaf edən Azərbaycanın bütün istiqamətlər üzrə müasirləşməsindəki real fəaliyyətinizlə öz təsdiqini tapıb. COVID-19 pandemiyası dövründə bir daha bütün Azərbaycan vətəndaşlarına açıq-aydın bəlli oldu ki, Siz nəinki hər bir azərbaycanlının Prezidenti, həmçinin hər bir azərbaycanlı ailəsinin doğması, əzizi, dayağı, dəstəyi, güvən yeri, istinadgahısınız.

Cənab Prezident, hər zaman xalqımıza dayaq olduğunuz üçün Sizə həm öz adımdan, həm də ailəmizin adından təşəkkürümü bildirirəm.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq Siz Ulu Öndərin daxili və xarici siyasət strategiyasını layiqincə davam etdirirsiniz. Bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gordüyünüz bütün işlərdə Sizə müvəffəqiyyətlər arzulayıram. Var olasınız. Var olasınız ki, Azərbaycanımızı daha yüksəklərə ucaldasınız. Var olasınız ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Qarabağımızda bayrağımızı dalğalandıraq.

Dünyamıza, ölkəmizə, Sizə və doğmalarınıza sağlıq və bir daha sağlıq diləyirik".

Gəncə şəhər sakini Elnur Həmidov isə yazır ki, əvvəla Prezident İlham Əliyevi salamlayır və bu məktubu ilə ona dərin təşəkkürünü bildirir:

"Dünyanı bürüyən pandemiya dövründə Sizin və Mehriban xanım Əliyevanın hər zamankı kimi xalqın yanında olmağınız məni də qürurlandırdı. Ulu öndərimiz Heydər Əliyev kimi, məhz Sizin də düşünülmüş iqtisadi, siyasi, sosial addımlarınız bu gün ölkəmizdə firavan həyat sürməyimizə imkan yaradıb. Hazırda Sizin tapşırığınıza əsasən dövlətin bütün imkanları xalqımızı bu bəladan qorumağa və yarana biləcək sosial problemlərin həllinə yönəlib. Bu gün bir daha gördük ki, Prezident-xalq vəhdəti sarsılmazdır.

Cənab Prezident, əminik ki, Sizin qətiyyətli addımlarınız, xalqımıza qayğınız sayəsində bu sınaqdan da üzüağ çıxacağıq.

Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident! Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun".

Göyçay rayonu sakini Elton Məmmədov isə qeyd edir ki, Azərbaycan Prezidenti ulu öndərimiz Heydər Əliyevin uğurlu siyasətini əzmlə, böyük iradə ilə davam etdirərək, müstəqil Azərbaycanımızı gücləndirir:

"Ölkəmizin gələcəyinə həssas yanaşmağınız sayəsində pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər artıq öz müsbət təsirini göstərməkdədir. Sizin siyasətinizin əsasında Azərbaycan xalqı və onun rifahı dayanır. “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respubilkasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamınızdan irəli gələn vəzifələrin həlli məqsədilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı verilmiş qərar biz valideynlər tərəfindən çox yüksək qiymətləndirilir.

Cənab Prezident, pandemiya ilə mübarizədə göstərdiyiniz fədakarlıq tarixə qızıl hərflərlə yazılacaq. Bizimlə yaxından maraqlandığınız, bizə qayğı göstərdiyiniz və hər bir zaman olduğu kimi, yenə də vətəndaşlarımızın rifahı naminə qərarlar verdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk".

Biləsuvar rayonu sakini Böyükağa Əliyevin minnətdarlıq məktubunda deyilir ki, hər şeydən öncə belə çətin dövrdə, bu pandemiya şəraitində vətəndaşların qayğısına qaldığına görə Prezident İlham Əliyevə ailəsi adından təşəkkür edir:

"Siz öz humanistliyinizlə bir daha sübut etdiniz ki, dövlət həmişə vətəndaşının yanındadır və biz vətəndaşlar, xüsusən də mən öz ailəmlə həmişə Sizi sevmişik, dəstəkləmişik, bu gün də, sabah da Sizinləyik. Biz görürük ki, ulu öndər Heydər Əliyev – o dahi şəxsiyyət əbədiyyətə qovuşsa da, onun pak ruhu daim Azərbaycan xalqı ilədir.

Bir daha Sizə ailəm adından təşəkkür edirəm, sağ olun, var olun. Allah Sizin kölgənizi Azərbaycan xalqının başı üstündən əskik etməsin".

İsmayıllı rayonu sakini Şəfa Tarverdiyeva isə qeyd edir ki, biz dünyanı cənginə alan koronavirus adlı bəşəri bəlanın çətin dövrünü yaşayırıq:

"Amma buna baxmayaraq bu çətinliyin bir işığı var ki, o da Sizinlə bağlıdır. Karantinin ilk günlərində insanlarda bir çaşqınlıq vardı. Amma Sizin uzaqgörən və məqsədyönlü qərarlarınız, atdığınız qətiyyətli addımlar biz sadə vətəndaşları düşdüyümüz təşvişdən qurtardı, bu bəladan xilas edəcəyinizə əminlik yaratdı. Siz ilk gündən hamımızın yanında oldunuz, tükənməz enerjinizlə, insanlarımıza böyük sevginizlə dayaq oldunuz, Mehriban xanımla birlikdə xalqı ruhdan düşməyə qoymadınız. Əlinizdən gələni, mümkün olan və olmayan hər şeyi etdiniz. Ölkəmiz həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər nəticəsində digər inkişaf etmiş ölkələrlə müqayisədə daha az itki verib. Biz sadə insanlarda bu çətin sınaqlardan sonra həyat eşqi, ümid işığı yaranır. Biz bu ümid işığını indi həyatımızda görürük. Sizin ölkəmizin rifahı yolunda həyata keçirdiyiniz gözəl əməllərdən ruhlanır, Sizinlə fəxr edirik, cənab Prezident. Sizi dəstəkləyir və hər zaman yanınızda olduğumuzu bildiririk. Sizə möhkəm cansağlığı arzulayırıq".

Sumqayıt şəhər sakini Qumru İsmayılova isə bildirir ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq ölkə başçısının yürütdüyü siyasəti hər zaman dəstəkləyir:

"Hər kəsə məlum olan bu karantin rejimində gördüyünüz tədbirlər dünya dövlətləri arasında Sizi uzaqgörən dövlət başçısı kimi bir daha təsdiqlədi. Biz hər zaman Sizin yanınızdayıq. Sizə inam və etibarımız böyükdür. Siz və ailəniz öz xeyirxah, insansevər əməlləriniz ilə həmişə öndəsiz və bizlərə örnəksiz. Müqəddəs Ramazan ayının gəlişi ilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edirəm. Uca Yaradan bütün müsibətləri Vətənimizin, xalqımızın başı üstündən aparsın. Sizə və ailənizə cansağlığı, uzun ömür bəxş etsin. Amin".

Lerik rayonu sakini Əfqan Vəlizadə isə yazır:

"Hörmətli Prezident, cənab Ali Baş Komandan. Son vaxtlar dünya gündəminin əsas mövzülarından biri də koronavirus epidemiyasıdır. Dünya ölkələrində bu xəstəlikdən gündə yüzlərlə insan öz həyatını itirir. Sizin uzaqgörən siyasətinizin, alicənabləğınızın nəticəsində ölkəmiz bu xəstəlikdən çox az itkilərlə çıxdı. Siz bütün qüvvələri tez bir zamanda səfərbər etdiniz və biz vətəndaşlar da öz həmrəyliyimizi, birliyimizi nümayiş etdirərək, deyilən qaydalara əməl etdik. Biz bir daha əmin olduq ki, ölkəmiz əmin əllərdədir. Uca Tanrıya şükürlər olsun ki, sizin kimi Prezidentimiz var. Biz Sizinlə fəxr edirik. Uca Tanrı Sizi və ailənizi qorusun. Yaşasın Azərbaycan! Biz birlikdə güclüyük"!

"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək
"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək
Bu il bal yarmarkasında ən çox cökə balı çatışa çıxarılıb (FOTO)
Bu il bal yarmarkasında ən çox cökə balı çatışa çıxarılıb (FOTO)
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb (FOTO)
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb (FOTO)
Loading Bars
Xəbər lenti
Üzdə plastik cərrahiyyə üsulları
Hava şəraiti qeyri-sabit olacaq, yağış yağacaq - PROQNOZ
"Barselona" müvəqqəti məşqçi təyin edib
Qəbələdə ətraf mühiti çirkləndirənlər cərimələnib
"Paşa Bank" Azərbaycanın startap ekosistemini dəstəkləyəcək
UNEC-də XVI Beynəlxalq Strateji İdarəetmə beynəlxalq konfrans işə başlayıb (FOTO)
DİN bir qrup qazinin torpaq sahəsi ilə bağlı mübahisəsinə aydınlıq gətirdi
Avtobusun şüşələri adam sıxlığından sınıb? - BNA açıqladı
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxsin şikayəti rədd edildi
Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib (VİDEO)
Şəhid adından saxta səhifə açaraq insanlardan pul tələb edən şəxs saxlanıldı (FOTO/VİDEO)
Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür - RƏSMİ
Diplomatlarla bağlı qanun layihəsi plenar iclasa tövsiyə olundu
769 şəhid və qazi ailəsinin içməli su təchizatı yaxşılaşdırılıb (FOTO)
Bir il öncə Bərdəyə atılan raketlər erməni terrorunun növbəti nümunəsi idi - Deputat
Həbsdə olan jurnalistin cinayət işi hakim icraatına verildi
Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır - Tamam Cəfərova
“Tut əlimdən” layihəsi: Agentlik sədri şəhid uşaqları ilə bir gün keçirib (FOTO)
Pedaqoji Universitetin qəhrəmanları (FOTO)
Bu il bal yarmarkasında ən çox cökə balı çatışa çıxarılıb (FOTO)
“AzerGold” QSC-nin şəhid əməkdaşı Rauf Əsgərovun xatirəsi anılıb (FOTO)
AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb (FOTO)
Sahibkarlıq obyektlərində monitorinqlər keçirilir
Sabah Bakıda “Zəfər” yarmarkası keçiriləcək
Türkiyədə Azərbaycan əleyhinə kampaniya aparan telekanal cəzalandırılıb
Ermənistandan bəzi müsbət siqnallar alırıq - Hulusi Akar
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub
İraqda hərbi bazaya hücum olub
Prokuror Neftçalanın sabiq icra başçısına 11 il cəza istədi
İranda daha 159 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Azərbaycan-NATO əməkdaşlığı planında Rumıniya çox mühüm rol oynayır
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik
Prezident İlham Əliyev: Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir
Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb
Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırdır
Azərbaycanda payızlıq əkin sahəsinin 81 faizi şumlanıb
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
I və III qruplardakı dəyişiklik qəbul prosesinə necə təsir edəcək?
Bu şəxslərə 15 faiz sığorta ödənişi veriləcək
STAR neft emalı zavodu idxalı artırıb
Bu il Nar bayramı keçiriləcək? - AÇIQLAMA
Sabah hava yağışlı keçəcək
I qrupa informatika fənni 2023-cü ildə əlavə ediləcək - DİM sədri
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı silahlanmada Azərbaycandan geri qalıb - Armen Sarkisyan
Rusiyada koronavirusa yoluxma və ölüm sayı rekord həddə çatıb
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi saxlanıldı
Ermənistan prezidenti bu şərtlə istefa verməyə hazırdır
Bakıda küçədən qumbara tapıldı (FOTO/VİDEO)
Aşağı bal toplayanların seçim imkanı artacaq - Məleykə Abbaszadə
Dövlət Məşğulluq Agentliyində Sahibkar Qadınlar İB-nin nümayəndələri ilə görüş keçirilib (FOTO)
Bakının möhtəşəm Ağ Şəhər bulvarı (FOTOSESSİYA)
Britaniyada avtomobil istehsalı son 40 ildə ən aşağı səviyyəyə düşüb
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmədə yenidən ziddiyyətlər yarandı
Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir - Çavuşoğlu
Azərbaycan daha bir beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb
“Bu ürəyin sayəsində…” - Şəhid Elmir Vəliyevin arzusuna və ölümsüzlüyünə qovuşduğu gün (FOTO/VİDEO)
Dövlət rüsumlarının məbləği dəyişdirilir
Ağdamda qazıntı zamanı iki şəxsin sümükləri aşkarlandı - RƏSMİ
Bərdədə erməni terrorunun qurbanları anılıb (FOTO)
Bir ilə 11300 ev və obyekt təmir-bərpa olunub - Erməni terrorundan zərərçəkənlər artıq yeni evlərinə köçüb (Trend TV ) (FOTO)
Nəsimi rayonunda ağacın dibi betondan təmizlənib
Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub
Mingəçevirdə iki müəllim koronavirusdan vəfat edib, direktor karantinə alınıb
Prezident İlham Əliyev Rumıniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev Qırğız Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Azərbaycanda kapital bazarına investisiyalar artıb
İlbiz terapiyası - üz və bədəndə möcüzə yarada bilir
Gözümün qarşısında beş nəfər həlak oldu - Bərdə terrorunun şahidi
Bu il sürücülər avtomobil yollarına yarım milyon manatdan artıq ziyan vurublar
Millət vəkili Könül Nurullayeva Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib (FOTO)
Ağdaşda iki şadlıq sarayının icarədarı və toy sahibləri cərimələnib (FOTO)
Bakı Fond Birjası "Yaşıl istiqrazlar" buraxmağa hazırdır
Bakıda iki azyaşlı qızına təcavüz edən şəxsə hökm oxundu
Gömrükdən qanunsuz keçirilən 18 kiloqramdan çox qızıl müsadirə edildi
Azərbaycan nefti ucuzlaşıb
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 2 dəfədən çox artıb
Abşeronda şəhid Fərid Məmmədovun xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub, il mərasimi keçirilib (FOTO)
Azərbaycan iki ölkədən idxalı məhdudlaşdırıb
Bakı Fond Birjasında "Bravo"nun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib (FOTO)
Bərdədə evdən çıxan koronavirus xəstələri saxlanılıblar
Cocuq Mərcanlıda ermənilərin dağıtdığı evlər tam bərpa olunub (FOTO)
Binəqədidə yaşayış binasında yanğın olub
157 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib (FOTO)
Bakıda daha bir şadlıq sarayının rəhbərliyi cərimələnib
Kapital Bank sahibkarlara təcili ödənişlər funksiyasını təqdim edir
Bakı Ali Neft Məktəbinə 21 nəfər olimpiada qalibi qəbul edilib
İsmayıllıda zəlzələ olub
Zəngilandan verilən mesajlar: Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik - TƏHLİL
Xarici valyutaların manata qarşı məzənnələri
Dövlət Məşğulluq Agentliyi və “Sumqayıt Kimya Sənaye Parkı” əməkdaşlığa başlayır
Türkiyəyə PUA kameralarını satmaqdan itmina edən Kanada şirkəti müflis oldu
İraqda uşaq evlərində saxlanılan 38 azərbaycanlı uşaq ölkəmizə gətirilib - XİN
Dollar üzrə bir faiz gəlirlik vəd edən depozit məhsulu...
Gəncədə evdə dəhşətli yanğın, 3 nəfər yanıb öldü
Davamlı qoruyuculuq üçün "buster" doza vacibdir - AÇIQLAMA
Cənubi Koreyada altı şirkət təxminən 330 min avtomobili geri çağıracaq
Meksika mətbuatı Azərbaycanın 30 illik inkişaf yolundan yazıb (FOtO)
Yaponiyada 4,6 bal gücündə zəlzələ olub
"Bayraktar TB2" PUA-larının ixrac ediləcəyi ölkələrin sayı 13-ə yüksəlib
Bütün xəbərlər