...

Şəbnəm Həsənova: Faşizm ideologiyası Ermənistanda nəsildən-nəsilə ötürülən təbliğatdır

Siyasət Materials 13 May 2020 16:59 (UTC +04:00)
Şəbnəm Həsənova: Faşizm ideologiyası Ermənistanda nəsildən-nəsilə ötürülən təbliğatdır

Bakı. Trend:

Faşizm ideologiyası Ermənistanda nəsildən-nəsilə ötürülən təbliğatdır.

Bunu Trend-ə açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloq əlavə edib ki, Ermənistanın baş nazirinin babası Nikol Paşinyanın SS-ə xidmət etməsi haqqında faktların aşkarlanması bir daha sübut edir ki, hələ o vaxtlar ermənilərin əksəriyyəti faşizm rejiminin silahdaşı və tərəfdarı olublar:

"Bu, eyni zamanda onu göstərir ki, faşist ideologiyası Ermənistanda nəsildən-nəsilə ötürülən bir təbliğatdır ki, biz bu təbliğin motivlərini indi də açıq şəkildə görürük. Belə ki, bütün dünya birliyinin faşizm üzərində qələbəni böyük sevinc və fəxrlə qeyd etdiyi bir gündə Ermənistanda faşist cəlladının abidəsi önünə əklil qoyulması və baş nazirin babasının faşistlərə xidmət göstərdiyi haqqında təkzibedilməz faktların üzə çıxması bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini əyani şəkildə sübut edir.

​Ermənistan və Azərbaycanı sadəcə bir-iki faktla müqayisə etsək sadəcə onu demək kifayətdir ki, Azərbaycanın böyük zəfərdə əvəzsiz payı var. İkinci Dünya müharibəsində 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu rəqəm bütün Azərbaycan xalqının igidliyidir. Təqdirəlayiq məqam isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin qatil və cani Njdenin Ermənistanda qəhrəmanlaşdırılması və bu ölkənin hazırkı rejiminin faşist ideologiyasını təbliğ etməsi məsələsini MDB Dövlət Başçıları Şurasının iclasında qaldırmasından sonra Rusiyanın Krasnodar diyarının Armavir şəhərində faşistlərin əlaltısı Qarergin Njdeyə quraşdırılan xatirə lövhəsi söküldü. Njdenin qəhrəmanlaşdırılması Rusiyanın siyası dairələri tərəfindən də pislənilib. Ümumiyyətlə faşist, millətçi və qatillərin qəhrəmanlaşdırılması ümumbəşəri sülh çağırışlarına tamamilə ziddir".

"Nəzərə alsaq ki, faşistlərin ən qatı cinayətlərini törədənlər də məhz SS-çilər olub. Bu fakt onu da sübut edir ki, belə ideologiyaya xidmət edən bir xalq faşizm cinayətlərini Azərbaycanlılara qarşı yenidən təkrar edib və işğal edilmiş ərazilərimizdə mülki əhaliyə qarşı amansız divan tutub", - deyə politoloq qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti