Cavanşir Feyziyev: Şərq Tərəfdaşlığı ölkələri arasında Avropa İttifaqı üçün ən önəmli tərəfdaş Azərbaycandır

Cavanşir Feyziyev: Şərq Tərəfdaşlığı ölkələri arasında Avropa İttifaqı üçün ən önəmli tərəfdaş Azərbaycandır

Bakı. Elçin Mehdiyev – Trend:

Şərq Tərəfdaşlığı ölkələri arasında Avropa İttifaqı üçün ən önəmli tərəfdaş Azərbaycandır.

Bunu Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev Trend-ə müsahibəsi zamanı bildirib.

Müsahibəni təqdim edirik:

- Cavanşir müəllim, bir neçə gün öncə Avropa İttifaqı Şurası tərəfindən “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı Yekun Qətnamə” adlı qərar qəbul edildi. Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri olaraq bu qərarı və qərarda öz əksini tapmış müddəaları necə şərh edərdiniz, Şərq Tərəfdaşlığı Layihəsinin üzvü olan Azərbaycan üçün bu qərarın müsbət məqamları varmı, varsa hansılardır?

- Bəli, may ayının 11-də Avropa İttifaqı Şurası tərəfindən “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı Yekun Qətnamə” qəbul edildi və ictimaiyyətə açıqlandı. Əvvəlcə onu deyim ki, Şərq Tərəfdaşlığı Layihəsi Aİ-nin bütün qonşuları ilə münasibətlərinin əsas konsepsiyası olan “Avropa Qonşuluq Siyasətinin” xüsusi bir ölçüsüdür. Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova və Ermənistan Şərq Tərəfdaşlığına daxil olan ölkələrdir və Aİ bu ölkələrlə əməkdaşlığını məhz Şərq Tərəfdaşlığı prinsipləri əsasında tənzimləməyə çalışır. Bir qayda olaraq, hər ilin may-iyun aylarında qəbul olunan Yekun Qərarda Aİ-nın ŞT üzvləri olan ölkələrlə növbəti il üçün əməkdaşlığının əsas istiqamətləri və prinsipləri öz əksini tapır. Bu ilki Qərarın 2-ci bəndində də Şərq Tərəfdaşlığı ideyasının həm siyasi-hüquqi aspektləri, həm də Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətin əsasını təşkil edən prinsiplər əks olunmuşdur. Qərarın 2-ci bəndində Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətlərin əsasını müəyyənləşdirən ümumi qarşılıqlı öhdəliklər təsvir olunub. Bu bənddə ŞT ərazisində demokratiya, rifah və sabitliyin qurulması Aİ və ŞT ölkələri üçün ümumi öhdəlik kimi təsbit olunub ki, bu da Aİ-nın ŞT ölkələrilə daha fəal əməkdaşlığına yol açır.

Bizim üçün mühüm əhəmiyyət kəsb edən digər bir məqam yenə də həmin bənddə qeyd olunmuş əməkdaşlıq prinsipləridir. Bu prinsiplərə görə ŞT ölkələrində “ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara, həmçinin fundamental dəyərlərə, azlıqlara mənsub şəxslərin hüquqları daxil olmaqla, bütün şəxslərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət, demokratiya, qanunun aliliyi, səmərəli idarəçilik, gender bərabərliyi, davamlı inkişaf və bazar iqtisadiyyatı” Aİ ilə ŞT arasında əməkdaşlıqda ümumi öhdəliklər kimi qəbul olunur. Adətən bu sənədlə qəbul olunan qərarlar bir sonrakı Şərq Tərəfdaşlığı Sammitinin Yekun Bəyannaməsi üçün bir əsas təşkil edir. Belə olan halda, Avropa İttifaqı Şurası tərəfindən qəbul edilən hazırkı sənəddə ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərinin qeyd edilməsi, bu prinsiplərin həm Aİ, həm də Şərq Tərəfdaşlığı ölkələri üçün ümumi və ortaq öhdəliklər olaraq müəyyən edilməsi olduqca müsbət haldır bizim milli maraqlarımıza tamamilə uyğundur.

- Bundan əvvəl qəbul edilən analoji sənədlərdə də bu prinsiplər yer alırdımı?

- Bundan öncəki sənədlərdən fərqli olaraq, Aİ Şurası ilk dəfə olaraq öz sənədində ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərini, eləcə də beynəlxalq nizama və beynəlxalq hüquqa əsaslanan qaydaları “ümumi öhdəlik” (shared commitment) kimi qiymətləndirir və Aİ üçün strateji xarakter daşıyan “fundamental dəyələr”lə bir siyahıda qeyd edir. Bunu əvvəllər dəfələrlə Azərbaycan tərəfindən edilən çağırışlara müsbət cavab kimi də qiymətləndirə bilərik. Belə ki, Azərbaycan həmişə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün, suverenliyinin və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının Aİ tərəfindən qəbul olunan sənədlərdə dəstəklənməsinin birmənalı şəkildə ifadə olunmasını tələb edib və bu tələb hər zaman qüvvədə olacaq. Eləcə də bütün münaqişələrin beynəlxalq hüquq normaları əsasında həll olunmasının bir prinsip olaraq qəbul edilməsi və bunun da sənədlərdə öz əksini tapması Azərbaycanın bütün beynəlxalq təşkilatlar qarşısında, o cümlədən Aİ ilə əməkdaşlıq edərkən irəli sürdüyü ən vacib şərtdir. Bu baxımdan, bu il qəbul olunmuş Qərarda Azərbaycanın maraqları tam təmin olunub.

- Qeyd etdiyiniz məsələlər önəmlidir, amma hər halda bütün ŞT ölkələrinə aiddir. Bəs bu sənəddə sırf Azərbaycanla bağlı hər hansı ifadələr və ya fikirlər varmı?

- Bəli, var və bu Aİ ilə Azərbaycan arasında müzakirə olunan Yüksək səviyyəli Əməkdaşlığa dair yeni Müqavilə ilə bağlıdır. Sənədin 5-ci bəndində “Şura yeni çərçivə sazişi ilə bağlı Aİ və Azərbaycan Respublikası arasında davam edən danışıqlarda olan irəliləyişi təqdir edir” ifadəsi yer alır. Aİ Şurasının bu sənədində Aİ ilə Azərbaycan arasında bağlanması nəzərdə tutulan Müqaviləyə istinad olunması bizim üçün xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, Müqavilə üzərində işlər yekunlaşdıqdan sonra onun Layihəsi həm milli parlamentlər tərəfindən, həm də Avropa Parlamenti tərəfindən təsdiq olunmalıdır. Bu, bir tərəfdən, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında imzalanacaq yeni və daha müfəssəl Müqavilənin Avropa İttifaqı dövlətlərinin diqqət mərkəzində saxlanılması deməkdir, digər tərəfdən isə Aİ-nın bu Müqaviləylə bağlı davam edən danışıqlar prosesini tezliklə yekunlaşdırmaqda maraqlı olduğunu özündə ehtiva edir.

Az öncə dediyim kimi, sənəddə üç əsas məsələ – “ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsipləri”nin qeyd olunması, Aİ-Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara dəstək ifadə olunması və münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi bizim üçün fundamental məsələlərdir və bütün bunlar Qərarda öz əksini tapıb. Bunlardan başqa, Qərarda nəqliyyat, enerji və rəqəmsal texnologiyarlar sahəsində əməkdaşlıq məsələsinə də ciddi diqqət ayrılmışdır. Azərbaycan son illərdə bu sahələrdə çox böyük uğurlar qazanıb və Şərq Tərəfdaşlığı ölkələri arasında Aİ üçün ən önəmli tərəfdaşdır. Həmçinin Aİ Şurası İttifaqın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsini də prioritet hesab edir və bu sahədə də Azərbaycanın oynadığı rol əvəzsizdir. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi Avropanın enerji təminatında və enerji marşrutlarının şaxələndirilməsində ən vacib və etibarlı tərəfdaş kimi tanıtdırıb. Avropanın enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqdan danışarkən ŞT ölkələri arasında Aİ-nin yeganə tərəfdaşı məhz Azərbaycandır. Ona görə Qərarın bu hissəsində qeyd olunanların da bilavasitə Azərbaycana aidiyyatı var.

- Cavanşir müəllim, ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olan Fransa Avropa İttifaqını təmsil edir. Avropa İttifaqının bu sənədində Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı məsələyə də toxunulubmu?

- Əslində sənəddə heç bir münaqişəyə dair ayrılıqda fikir bildirilməyib. Amma Qərarın 17-ci bəndində ümumiyyətlə hərbi münaqişələr məsələsinə toxunulub, daha effektiv iqtisadi və sosial inkişafın təmin olunması, əməkdaşlıq əlaqələrinin intensivləşməsi üçün hərbi münaqişələrin həllinin, etimad mühitinin yaradılmasının və yaxşı qonşuluq münasibətlərinin formalaşdırılmaısnın əhəmiyyəti vurğulanıb. Aİ Şurası bu bənddə həm də münaqişələrin qarşısının alınması, etimad mühitinin qurulması və indiyədək razılaşdırılmış danışıqlar formatları çərçivəsində münaqişələrin danışıqlar və sülh yolu ilə həllini dəstəklədiyini bəyan edir. Bu sənəddə eləcə də münaqişələrin önlənməsində qadınların və gənclərin də əhəmiyyəti ön plana çəkilir.

- Viza məsələsinə heç toxunmadınız. Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə vizasız gediş-gəlişinin təmin olunması nə dərəcədə realdır və ya bunun reallaşmasını nə zamana gözləyə bilərik?

- Deyəsən, siz də tez-tez Avropaya səfər etmək istəyirsiz. Təbii arzudur və düşünürəm ki, bu da çox vacibdir. Zənnimcə, Avropa ölkələri ilə gediş-gəlişin asanlaşdırılması hər iki tərəf üçün çox faydalı olar. Bir tərəfdən, dünyagörüşümüzün genişlənməsi, qarşılıqlı iqtisadi əməkdaşlığın daha da fəallaşması üçün, digər tərəfdən isə Avropanı öyrənərək malik olduğumuz milli dəyərlərin özümüz tərəfindən bir daha qiymətləndirilməsi və bu dəyərlərin qorunması zərurətini anlamaq üçün humanitar əlaqələrin genişlənməsini faydalı hesab edirəm.

Hazırda üzərində müzakirə aparılan yeni Müqavilə layihəsinin 18-ci bəndində sərbəst viza rejimi və onun tətbiqi ilə bağlı müddəalar yer alır. Qeyd edilir ki, Avropa İttifaqı ölkələrinə səfər etmək sərbəst viza rejiminə sahib olan ölkələrlə mövcud fəaliyyət planının effektiv icrası təmin olunmalı, vətəndaşları hələ də viza almalı olan ölkələrlə bağlı viza verilməsi qaydalarının liberallaşdırılması barədə danışıqlara başlanması imkanları dəyərləndirilməlidir. Azərbaycanla Aİ arasında hazırda daha geniş əməkdaşlıq imkanları açacaq Müqavilə üzərində iş gedir və əminəm ki, bu işlərin yekunlaşdırılması ilə vizaların asanlaşdırılması istiqamətində də irəliləyiş əldə ediləcək.

Azərbaycan XİN Gürcüstanı təbrik edib
Azərbaycan XİN Gürcüstanı təbrik edib
Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir
Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Loading Bars
Xəbər lenti
Azərbaycan XİN Gürcüstanı təbrik edib
Moldova beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağanı aradan qaldırıb
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir
Ermənistanda koronavirusa yoluxanların sayı 7 400 nəfəri keçib
Rauf Əliyev: 28 May Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir
Astarada narkotik satan şəxslər saxlanılıb
Bu gün havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA
Sumqayıtda ağır qəza ilə bağlı FHN məlumat yaydı (FOTO) (ƏLAVƏ OLUNUB)
"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub
Yaponiyalı həkimlər: Tibbi maskalar körpələr üçün təhlükəlidir
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Qohumunun evindən oğurluq edən qadın saxlanılıb
Azərbaycanda sənaye istehsalının həcmi artıb
Rusiyada helikopter sərt eniş edib: Həlak olanlar var
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək (VIDEO)
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ
Almaniya hökuməti "Lufthansa"ya 9 milyard avroluq dəstək verəcək
Çində ötən sutka ərzində koronavirusa 7 yoluxma halı qeydə alınıb
Yeni Zelandiyada zəlzələ olub
ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib
Braziliyada sutka ərzində 807 nəfər koronavirusun qurbanı olub
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
"Virgin Orbit" şirkətinin raket-daşıyıcısının ilk sınağı uğursuz keçdi
Britaniyada bəzi mağazalar açılır
İbrahimoviç məşq zamanı zədə alıb
Moskvada koronavirusdan daha 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Balakənə dolu düşüb
Alternativ enerjinin alternativi yoxdur
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb
Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir
Qazaxda yaşayış binasında yanğın olub
İsraildə teatrlar və konsert salonları iyunda açılacaq
Ölkədə olan faktiki hava şəraiti açıqlanıb
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir
Azərbaycan könüllülərindən bayram sovqatı (FOTO)
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib
Biləsuvar sakini həmyerlisinin qoyunlarını oğurlayıb
Xırdalan şəhər sakininə qarşı quldurluq edən iki qardaş saxlanılıb
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü
17 kiloqramdan çox narkotik vasitəni onlayn yolla satmaq istəyən qardaşlar saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərə gəliblər (FOTO/VIDEO)
Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri
Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir
Şamaxıda iki nəfər hündürlükdən yıxılıb, biri ölüb
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
İtaliyanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi
Mingəçevirdə baş vermiş qəzaya görə cinayət işi başlandı
İranda daha 2 033 nəfər koronavirusa yoluxdu
Avstraliyada şiddətli fırtına: 60 min ev elektriksiz qaldı (FOTO)
Aybəniz İsmayılova: Dağlıq Qarabağdakı kriminal rejim vətəndaş cəmiyyəti adı altında təbliğ edilə bilməz
Yaponiyada koronavirusa görə tətbiq edilən fövqəladə rejim ləğv edildi
Prezident İlham Əliyev Gürcüstanın dövlət başçısı Salome Zurabişvilini təbrik edib
Şamaxının icra başçısı və İcra Hakimiyyətinin əməkdaşları karantinə alınıb
Sabah 31 dərəcə isti olacaq
Bakıda narkotik tərkibli bitkilər becərən silahlı narkotacir saxlanıldı (FOTO/VİDEO)
Gəncədə avtoxuliqan həbs edilib (FOTO)
Biləsuvarda narkotacirlər 1 kiloqram heroinlə tutuldular (FOTO)
Bakıda sanitar-karantin qaydalarını pozan restoran aşkarlandı, 32 nəfər saxlanıldı (FOTO/VİDEO)
Rusiyada daha 92 nəfər koronavirusun qurbanı oldu
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatdı
‘’OnlayNHN’’ layihəsinin ikinci turuna yekun vurulub
Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib (FOTO)
Ötən gün 31 cinayətin üstü “isti izlər”lə açılıb
Mingəçevirdə qəzada xəsarət alan uşaqlardan biri Bakıya göndərilib
Azərbaycan XİN İordaniyanı təbrik edib
Baş infeksionist: Qapalı yerlərdə maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir
Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Mədəniyyət nazirinin səlahiyyətləri heç kimə həvalə edilməyib - RƏSMİ
Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək həlak oldu (FOTO)
Naqif Həmzəyev fiziki imkanları məhdud seçicilərinə əlil arabası hədiyyə edib (FOTO)
Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb (FOTO)
Bu gündən muzey və qoruqlarda "açıq qapı" günləri başlayır
Malayziyanın BERNAMA agentliyi 28 May – Respublika Gününə həsr olunmuş geniş məqalə dərc edib
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib
PSJ İkardiyə 10 milyon avro maaş təklif etmək niyyətindədir
Qırğızıstanda koronavirusa daha 30 nəfər yoluxub, 2 nəfər vəfat edib
Atəşkəs 23 dəfə pozuldu
Türkiyədə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayı azalıb
Mövlud Çavuşoğlu: Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir
Qazaxıstanda koronavirusa yoluxanların sayı 8,5 min nəfəri ötüb
Bütün xəbərlər