...

Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub

Siyasət Materials 27 May 2020 12:24 (UTC +04:00)
Azərbaycandan İrana 19 məhbus ekstradisiya olunub

Bakı. Elnur Bağışov - Trend:

Bu gün 19 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.

Trend-in məlumatına görə. bunu İranın ədliyyə nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi deyib.

M.Abbasinin sözlərinə görə, məhbuslar Astara sərhəd gömrüyü vasitəsi ilə İrana keçiblər.

Abbasi deyib ki, məhbusların ekstradisiyası İranın Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin məsləhətləşmələri nəticəsində baş tutub.

Nazir müavini əlavə edib ki, bu məhkumlar narkotik maddələrin qaçaqçılığı ilə əlaqədar həbs olunublar. İki ölkə arasında məhbusların ekstradisiyası üzrə razılaşma çərçivəsində məhkumlar məhkumluq dövrünün qalan hissəsini İran həbsxanalarında keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti