...

İsveçrənin Azərbaycan diasporası “Qarabağ Azərbaycandır! ” şüari altında yürüş təşkil edib (FOTO/VİDEO)

Siyasət Materials 20 İyul 2020 07:30 (UTC +04:00)
İsveçrənin Azərbaycan diasporası “Qarabağ Azərbaycandır! ” şüari altında yürüş təşkil edib (FOTO/VİDEO)

Bakı. Trend:

İsveçrədə Ermənistanın Səfirliyinin Berndə olmaması ilə bağlı, Səfirliyin Cenevrədə olması ilə əlaqədar, əsgərlərimizə dəstək və son hərbi təxribatlara etiraz aksiyası olaraq, İsveçrənin Bern, Sürix və Soloturn kantonlarında yaşayan diaspor nümayəndələrimiz Cenevrəyə qədər yürüşdə iştirak ediblər. Yürüşdə 200-ə qədər diaspor nümayəndəmiz iştirak edib.

Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyinin Trend-ə verdiyi məlumata görə, yürüş “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış İsveçrə Konfederasiyasında Azərbaycan diasporunun Koordinasiya şurasının əlaqələndiricisi Əkbər Gəncə tərəfindən təşkil olunub və Azərbaycanın Bern şəhərində yerləşən Səfirliyinin mənəvi dəstəyi nəticəsində baş tutub. Tədbirin icazəsi Q.Nəsirov tərəfindən alınmış və o morderatorluğu həyata keçirib.

Aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra yer çıxışlara verilib. Həm diaspor nümayəndələri həm də yerli sakinlər tərəfindən müxtəlif dillərdə çıxışlar baş tutub. Şəhər sakinləri ayaq saxlayaraq, tədbir iştirakçılarının tələbləri ilə maraqlanırdılar.Portuqaliya vətəndaşı tədbirdə çıxış edərək BMT Baş Katibi Antonio Quteresə müraciət edərək dünya ictimaiyyətini Azərbaycan xalqına dəstək olmağa və BMT Qətnamələrinin yerinə yetirilməsinə çağırmışdır.

Türk soydaşlarımıza yürüş barəsində geniş məlumat verilmiş və onlar da əsgərlərimizə dəstək naminə çox sayda iştirak emtişlər.

İsveçrədə keçirilən tədbir Azərbaycan diasporunun daha bir nailiyyəti oldu. Bu tədbir vasitəsi ilə Azərbaycan xalqının və xaricdəki Azərbaycan diasporunun birliyi nümayiş etdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti