...

Livanlı deputat: Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi

Siyasət Materials 6 Avqust 2020 13:52 (UTC +04:00)
Livanlı deputat: Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində İslam həmrəyliyi nümayiş etdirdi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Livana maliyyə yardımı göstərməklə Azərbaycan Prezident İlham Əliyevin şəxsində bu cür məqamda çox vacib olan İslam həmrəyliyi nümayiş etdirdi.

Trend-ə bunu livanlı deputat İmad əl-Hout deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən Livan xalqına kömək göstərilməsi çox vacib və vaxtında atılan addımdır:

“Biz göstərilən köməyə görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə, qardaş Azərbaycan xalqına minnətdarlığımızı bildirməliyik”.

İ.əl-Hout qeyd edib ki, Azərbaycanın Livana maliyyə yardımı göstərməsi iki ölkə arasında münasibətlərin möhkəmlənməsi üçün vacib təkan olacaq və bu, ilk növbədə Beyrutun xeyrinədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti