Deputat: Azərbaycan Prezidentinin Yunanıstan səfirini qəbul edərkən verdiyi bəyanat dünya birliyinə vacib mesajdır

Deputat: Azərbaycan Prezidentinin Yunanıstan səfirini qəbul edərkən verdiyi bəyanat dünya birliyinə vacib mesajdır

Bakı. Elçin Mehdiyev - Trend:

Pandemiya ilə bağlı dünya miqyasında siyasi mübarizənin və hərbi qarşıdurmaların səngiməsinin gözlənildiyi bir vaxtda dövlətlərarası münasibətlərdə gərginliyin artması Azərbaycanı yeni vəziyyətə uyğun daha çevik siyasət aparmağa vadar edir.

Ermənistanın təcavüzü nəticəsində son 30 il ərzində hərbi-siyasi gərginliyin episentrində yer alan Azərbaycan ölkə vətəndaşlarının həyatının xilas olunması üçün çalışdığı bir zamanda Ermənistanın sərhəd zolağında törətdiyi növbəti təxribat bu siyasətin daha kəskin və daha təsirli aparılmasını şərtləndirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

C.Feyziyev bildirib ki, təsadüfi deyil ki, 12-16 iyul erməni təxribatından dərhal sonra düşmən ölkəyə silah satışı həyata keçirmiş Serbiya və Rusiyadan izahat tələb olunması, hətta Rusiyanın verdiyi izahın qəbul olunmaması Azərbaycan xarici siyasətinin müdafiə mövqeyindən hücum mövqeyinə kökləndiyini göstərir:

“Bu günlərdə xarici ölkə səfirlərinin etimadnamələrinin ölkə başçısına təqdim edilməsi ilə bağlı baş tutmuş qəbulda Prezident İlham Əliyev tərəfindən səsləndirilən fikirlər də Azərbaycanın xarici siyasətində yeni bir mərhələnin başlanğıcından xəbər verir. Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirinin etimadnaməsinin qəbul edilməsi üçün keçirilən görüşdə Prezident Azərbaycan-Yunanıstan münasibətlərinin son illərdə arzu olunmayan istiqamətdə inkişafını vurğulayaraq Yunanıstan hökümətinin Azərbaycanın əməkdaşlıq təkliflərinə qeyri-adekvat münasibətini tənqid etdi və bunun beynəlxalq ticarət qanunları ilə yanaşı həm də beynəlxalq əməkdaşlıq ruhuna zidd olduğunu bildirdi.

Bununla yanaşı, Yunanıstan-Kipr-Ermənistan formatında hərbi-siyasi əməkdaşlığın ölkəmizin maraqlarına birbaşa zidd olduğunu qeyd edən ölkə başçısı Azərbaycan-Türkiyə münasibətlərinin şərhinə də xüsusi yer ayırdı. Son aylarda Yunanıstanın bir sıra Avropa dövlətləri ilə birləşərək Türkiyəyə qarşı sıxışdırıcı siyasət aparmasını sərt tənqid edən Prezident bu təzyiqlərə qarşı Türkiyə tərəfindən atılan bütün addımların Azərbaycan tərəfindən birmənalı olaraq dəstəkləndiyini bəyan etdi.

Azərbaycan-Türkiyə münasibətlərini dogma qardaş münasibətləri kimi xarakterizə edən ölkə başçısı Şərqi Ağdəniz akvatoriyasında Türkiyənin iqtisadi fəaliyyətinin onun doğal haqqı olduğunu bildirdi və Türkiyənin hüquqlarının və milli maraqlarının müdafiəsi üçün dövlətimizin daim onun yanında olacağını bir daha rəsmən bəyan etdi. Əlbəttə, Prezidentin çıxışında biz türklər üçün yeni bir anlayış və ya yeni bir yanaşma yoxdur, çünki iki qardaş ölkə arasında münasibətlər Heydər Əliyev tərəfindən irəli sürülmüş “Bir millət, iki dövlət” prinsiplərinə əsaslanır. Lakin bu bəyanatların məhz Yunanıstan səfiri ilə ictimaiyyətə və mediaya açıq bir görüşdə səsləndirilməsi öz-özlüyündə bölgəmizdə yaranmış mövcud durumla bağlı dövlətimizin mövqeyi haqqında bir sıra vacib mesajlar daşıyır və ona görə də siyasi-diplomatik baxımdan çox mühüm əhəmiyyətə malikdir.

Əslində bu bəyanatların sadəcə Yunanıstan hökümətinə deyil, Türkiyəni beynəlxalq və regional siyasət səhnəsində təkləməyə cəhd göstərən bütün Avropa dövlətlərinə və Yunanıstanın üzv olduğu bütün beynəlxalq təşkilat və qurumlara ünvanlandığını siyasətçilər yaxşı başa düşür. Bu bütün hallarda Azərbaycan-Türkiyə qardaşlığının digər maraqlara güzəştə gedilməyəcəyi haqqında Azərbaycan dövlətinin siyasi doktrinal mövqeyinin qətiyyətli ifadəsidir və prezident İlham Əliyev tərəfindən dünya birliyinə ünvanlanmış birinci mesajdır. Bu mesaj Türkiyənin suveren hüquqlarının dünya birliyi tərəfindən müdafiə olunması zərurətini vurğulamaqla yanaşı həm də Azərbaycanın hər zaman Türkiyə milli maraqlarının keşiyində yer alacağını ifadə edir.

İkinci mesaj isə bilavasitə işğal olunmuş torpaqlarımızın azad olunması perspektivləri ilə bağlıdır.

12-16 iyul hadisələrindən dərhal sonra Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin başlanması, Türkiyə dövlətinin yüksək səviyyəli siyasi-hərbi rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana gəlişi və Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyənin istənilən addımı atmağa hazır olduğunun bəyan edilməsi də bu gün Azərbaycan xarici siyasətinə güc verən, onun daha kəsərli olmasını təmin edən amillərdəndir. Təkcə bölgəmizdə deyil, ümumiyyətlə dünyada baş verən hadisələrin fonunda türk birliyinin əhəmiyyəti və zərurəti günbəgün artmaqdadır. Burada da bəyanatın bizə çoxdan məlum və aydın olan məzmunu yox, daha çox bu bəyanatın Türkiyə dövləti adından harada, hansı kanallarla və hansı formada səsləndirilməsi xüsusilə diqqəti cəlb edir.

Beləliklə, hər iki ölkənin milli maraqlarının həyati vacib məqamları ilə bağlı həm Türkiyə və həm də Azərbaycan tərəfindən səsləndirilmiş sonuncu bəyanatlara türk dövləti quruculuğunun tarixi xüsusiyyətləri kontekstində baxdıqda görünən odur ki, iki qardaş dövlət arasında hərbi dəstəyi də özündə ehtiva edən hərtərəfli qarşılıqlı dəstək iradəsi bu gün deklarativ müstəvidən praktik fəaliyyət müstəvisinə keçid ərəfəsindədir. Məhz bu səbəbdən Türkiyə rəsmiləri tərəfindən Qarabağın azad olunması ilə bağlı səsləndirilən hər bir bəyanatın Ermənistanda və onun havadarlarında narahatçılıq yaratdığı da diqqətdən yayınmır.

Müharibə şəraitində keçən son 30 ilin təcrübəsi də onu göstərir ki, torpaqlarımızın işğalına nə BMT, nə ATƏT, nə də ayrı-ayrı dövlətlər son qoymaq arzusunda və iqtidarındadır. Buradan gəlinən son nəticə isə odur ki, işğal olunmuş bütün torpaqlarımız Azərbaycan və Türkiyə arasındakı möhtəşəm türk birliyinin ortaq siyasi iradəsi əsasında ortaq türk ordusu tərəfindən azad olunacaqdır.

Türkiyə rəhbərliyinin Bəyanatları və Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın yeni səfiri ilə görüşdə səsləndirdiyi fikirlər də məhz bu vacib mesajın dünya birliyinə bəyan edilməsi idi.

Daşkəsəndə yol polisi reyd keçirib  (FOTO)
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
Loading Bars
Xəbər lenti
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bakıda özünü dənizə atan şəxs xilas edilib
Sabirabadda ikimərtəbəli evdə yanğın olub
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib
ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi - 10 diplomat ölkədən çıxarılacaq
Ermənistan Ağdamı öz ərazisi hesab edirdisə, niyə görə buranı darmadağın edib? - İtaliya Senatının komissiya sədri (FOTO)
Minsk qrupunun həmsədrləri sifarişli siyasətə və maraqlara xidmət edirlər - Deputat
Onlayn dərslərin yaxşı və pis tərəfləri - ŞƏRH
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib
Qoşqar Təhməzli Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Ombudsman Aparatının rəhbəri BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin onlayn iclasında iştirak edib
Azərbaycan ilə Belarus arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub
VISA Azərbaycan Beynəlxalq Bankını 2 dəfə mükafatlandırdı
Türkiyə ilə sosial sahədə əməkdaşlıq daha da genişlənəcək
“İçərişəhər” Qoruğunun əməkdaşı koronavirusdan ölüb
Dövlət müəssisəsində malları baha almaq adı ilə 350 min manat silinib
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq
2 nəfər hərarətə görə buraxılış imtahanlarına buraxılmadı
Türkiyədə radioaktiv maddə satmağa çalışan şəxslər saxlanılıb
Azərbaycanda buraxılış imtahanları keçirilib (FOTO)
Gəncə avtomobil zavodunun yaşı 40-dan yuxarı olan əməkdaşları peyvənd olunub
AQTİ qida təhlükəsizliyi üzrə peşəkar layihələndirmə xidməti təklif edir (FOTO)
Sosial təminat növləri üzrə ödənişlər 6,6% artıb
Zərdabda evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Salyan və Sabirabadda KOB dostları fəaliyyətə başlayıb (FOTO)
Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit potensialını genişləndirəcək
Yaddaşlarda qalan alim-pedaqoq
Dünya Cənubi Qafqaza yeni baxışını ortaya qoyur - Kamaləddin Qafarov
Bakı Ali Neft Məktəbinin məzunu pakistanlı tələbə yoldaşı ilə ailə qurub
Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verilib
Ermənistanla informasiya savaşında Türkiyənin dəstəyi əvəzsiz oldu - Sevil Mikayılova
Bir qrup jurnalist Ağdama səfər edib (FOTO)
Saxta kosmetik vasitələr satan şəxs saxlanılıb (FOTO/VİDEO)
Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyində nöqsanlar aşkarladı
Qobu bələdiyyəsinin sədri cərimələnib (FOTO/VİDEO)
İranda ötən sutka 25 min nəfər koronavirusa yoluxub, 321 nəfər ölüb
İrandan qanunsuz keçirilən siqaretlər müsadirə olunub
Ermənistan 10-1 hesabı ilə Azərbaycandan geri qalır - RƏSMİ ETİRAF
Sabah Bakıda 21, rayonlarda 25 dərəcəyədək isti olacaq
Ermənistanda sürücü avtomobili hərbçilərin üzərinə sürdü - Ölənlər var
Türkiyədə vaksinin təbliği üçün xüsusi qruplar yaradılıb
Əqli Mülkiyyət Agentliyinin sədri beynəlxalq konfransda iştirak edib (FOTO)
“AzInTelecom” “Sizin plan B: Biznesin davamlılığı” adlı onlayn konfrans keçirib
Gənc əsgərlərin hərbi hazırlığı təkmilləşdirilir (FOTO/VİDEO)
Yerevanda BMT ofisi qarşısında etiraz aksiyası keçirilir (VİDEO)
Putin və Lukaşenko Qarabağı müzakirə edib
Daha bir şəhid övladının adına hesab açılacaq
“Zəfər yolu”nun sentyabradək istifadəyə verilməsi planlaşdırılır (FOTO)
Keçmiş həyat yoldaşını öldürmək istəyən şəxsin işi məhkəməyə göndərilib
"Türk Hava Yolları" Rusiyaya uçuşları dayandırdı
Azərbaycanda quraqlıq və şoranlığa davamlı mutant pambıq sortları yaradılacaq
Düşünürük ki, ABŞ qondarma "erməni soyqırımı"nı tanımayacaq - Çavuşoğlu
Azərbaycanda qızıl ucuzlaşıb
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Bütün xəbərlər