Deputat: Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilir

Deputat: Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilir

Bakı. Elçin Mehdiyev - Trend:

“Biz daxili tələbatı mümkün qədər yerli məhsullar hesabına təmin etməliyik”. Cənab Prezident İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışı zamanı səsləndirdiyi bu fikir hazırda qeyri-neft sənayemiz qarşısında duran vacib çağırışdır. Bunu Trend-ə Milli Məclisin deputatı Emin Hacıyev deyib.

Deputat bildirib ki, son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsinə, neftdən kənar sahələrin, xüsusən qeyri-neft sənayesinin inkişafına nail olmaqdır:

“Məqsəd daxili tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır.

Cənab Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyasının əsas tərkib hissəsi olan sənayeləşmə siyasəti müsbət nəticələr verir. Artıq ölkəmizdə rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı layihələr icra edilib, xeyli iş yerləri açılıb, sənayemiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün qeyri-neft sənayesinin inkişafında sənaye parkları mühüm rol oynayır.

Belə irimiqyaslı layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə cənab Prezidentin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb.

Cənubi Qafqazın ən böyük sənaye parkı olan, 508 hektar ərazidə yaradılan müəssisədə hazırda 24 rezident var. Burada müxtəlif çeşiddə kimya sənayesi, maşınqayırma, еlеktrоеnеrgеtikа, metallurgiya, yüngül sənaye, qablaşdırma məhsulları, həmçinin tikinti materialları istehsal olunur. Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur. 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkında 823 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 33 faizi ixrac olunub. 2020-ci ilin ilk 6 ayı ərzində 534 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 9,3 faiz olub, 182 milyon manatlıq ixracla ölkə üzrə qeyri-neft sənaye məhsullarının ixracının 20 faizini təşkil edib”.

Deputat vurğulayıb ki, burada investisiya yatırımı üçün olduqca cəlbedici şərait təmin olunub:

“Belə ki, Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən azad olunur. Həmçinin rezidentlər istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı zamanı Əlavə Dəyər Vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azaddır. Sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılması isə sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltməsinə imkan verir. İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 2,9 milyard dollar həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon dollardan çox investisiyanın yatırılması planlaşdırılır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 5500-dən çox insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının daha da artırılması nəzərdə tutulur.

Azərbaycan Prezidentinin iqtisadi siyasəti, sənayeləşmə, sənaye mərkəzlərinin yaradılması ölkəmizin yerli sənaye məhsullarına daxili tələbatının təmin edilməsi ilə yanaşı ixrac potensialını yüksəldir. Bütün bu potensial onu deməyə əsas verir ki, artıq Azərbaycan regionun enerji və nəqliyyat mərkəzindən əlavə, həm də güclü sənaye mərkəzinə çevrilir.

Ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar şübhəsiz ki, xarici investorların Azərbaycana marağının artmasına səbəb olur. Həmçinin müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə etmiş həmyerlilərimizi öz vətənlərinə investisiya yatırmağa təşviq edir. Bütün bunlarla yanaşı, hazırda dünyada yaşanan pandemiya şəraiti bu istiqamətdə bizdən çevik fəaliyyət tələb edir. Cənab Prezidentin dediyi kimi, “Dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq”.

Bakcell neftçiləri təbrik etdi
Bakcell neftçiləri təbrik etdi
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
Elektron Təhlükəsizlik Xidməti yeni dərs ilinin başlanması münasibətilə orta məktəb müəllimləri üçün vebinar keçirib
Elektron Təhlükəsizlik Xidməti yeni dərs ilinin başlanması münasibətilə orta məktəb müəllimləri üçün vebinar keçirib
Loading Bars
Xəbər lenti
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
Elman Nəsirov: Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 3 min nəfəri keçib
Pərvin Kərimzadə: Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr
Bakcell neftçiləri təbrik etdi
Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı (FOTO)
Tural Gəncəliyev: Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir
Ermənistanda 277 yeni yoluxma qeydə alınıb
Sabahın hava proqnozu açıqlanıb
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Bakıda mənzildə köməksiz qalan şəxs xilas edilib
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötüb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Bakıda “Mitsubishi” maneəyə çırpılıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb
Londonda yeni karantin və peyvəndləməyə qarşı aksiyada 32 nəfər saxlanılıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 058 nəfərə çatıb
Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb
Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)
Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ
Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Beyləqanda PQ-7 raketinin boş motor hissəsi aşkar olunub (FOTO)
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)
Külli miqdarda vergini ödəməkdən yayınan şirkət rəhbərinin istintaqı yekunlaşıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Azərbaycan neftinin qiymətləri dəyişib
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır
Çay haqqında bilmədiklərimiz
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
ABŞ-da etiraz aksiyasında atışma - Ölənlər var
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi
Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?
Kürdəmirdə qazlaşdırılma səviyyəsi 100 %-ə çatdırılıb (FOTO)
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)(ƏLAVƏ OLUNUB)
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Sabah 29 dərəcəyədək isti olacaq
Yevlax Mərkəzi Xəstəxanasının rəhbərliyi cərimələndi (FOTO)
FHN əməkdaşına müqavimət göstərən şəxsin işi məhkəməyə göndərilib
Qida əlavələrinin idxalı ilə məğul olan sahibkarlarla görüş olub
Bakı Media Mərkəzinin rejissoru Fuad Quliyev Beynəlxalq Turizm Filmlər Festivalında qalib gəlib
Magistraturaya plan yerlərinin 85 faizi dolub
Vaxtından əvvəl doğulmuşların göz müayinəsi nə üçün vacibdir?
Gürcüstanda koronavirusa yoluxma üzrə yeni rekord
Deputat Naqif Həmzəyev seçiciləri qəbul edib (FOTO/VİDEO)
“Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib
Bütün xəbərlər