...

Qazaxıstanlı politoloq: Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır

Siyasət Materials 25 Sentyabr 2020 12:42 (UTC +04:00)
Qazaxıstanlı politoloq: Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır

Bakı. Nərgiz Sadıxova - Trend:

Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır.

Bunu Trend-ə qazaxıstanlı politoloq Dosım Satpayev deyib.

Onun sözlərinə görə, Azərbaycan Qafqaz regionunda aparıcı qüvvələrdən biridir:

“Qafqazda sabitlik, regionun iqtisadi inkişafı məsələsi məhz bu ölkə ətrafında cəmlənib. Qazaxıstan bunu yaxşı başa düşür. Unutmayaq ki, Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır, ona görə ki, Azərbaycan da Qazaxıstan kimi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iştirakçısı, eləcə də türk dünyasının birləşməsinin fəal tərəfdarıdır”.

Ekspert əlavə edib ki, Azərbaycan həmçinin Xəzər dənizi regionunda Qazaxıstanın aparıcı tərəfdaşıdır:

“Xüsusilə də, bu ölkələrin həm də iqtisadi inkişaf baxımından oxşar olduğunu nəzər almaq lazımdır. Həm Azərbaycan, həm də Qazaxıstan üçün Xəzər dənizi iri neft-qaz ehtiyatlarının cəmləşdiyi bölgə, hər iki dövlətin büdcəsinin artırılması üçün vacib mənbədir və bu növbəti dəfə hər iki ölkənin oxşarlığını sübut edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti