...

İranlı deputat: Ermənistan işğal etdiyi Dağlıq Qarabağı tərk etməlidir

Siyasət Materials 30 Sentyabr 2020 11:56 (UTC +04:00)
İranlı deputat: Ermənistan işğal etdiyi Dağlıq Qarabağı tərk etməlidir

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən, Ermənistan işğal etdiyi əraziləri, Dağlıq Qarabağı tərk etməlidir.

Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı Ruhulla Motəfəkker Azad jurnalistlərə açıqlamasında deyib.

R.Motəfəkker Azadın sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü, müstəqillik və severenlik hüququnun qorunması vacibdir.

"Biz zülm qarşısında haqqı müdafiə edirik" - deyə o qeyd edib. Bildirib ki, İran parlamentinin deputatları Dağlıq Qarabağla əlaqədar baş verən hadisələri diqqətlə izləyirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti