...

Arzu Nağıyev jurnalistlərə yaradılan şəraitə görə Milli Məclisin sədrinə təşəkkür edib

Siyasət Materials 30 Sentyabr 2020 15:50 (UTC +04:00)
Arzu Nağıyev jurnalistlərə yaradılan şəraitə görə Milli Məclisin sədrinə təşəkkür edib

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı Arzu Nağıyev parlamentdə jurnalistlər üçün yaratdığı əlverişli şəraitə görə Milli Məclisin Sədri Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Trend-in məlumatına görə, A.Nağyev qeyd edib ki, burada ən mühüm məsələlərdən biri qanunvericiliklə bağlı məlumatların vaxtında mediaya çatdırılmasıdır: “Bu gün sizin rəhbərliyinizlə parlamentdə yaradılmış Media Mərkəzi buna əlverişli şərait yaradır. Mərkəz jurnalistlərin işinin daha səmərəli aparılması üçün 16 komputer masasının quraşdırıldığı geniş otaqdan, müsahibələrin götürülməsi və brifinqlərin keçirilməsi üçün hər cür şəraiti olan otaqdan və fotostudiodan ibarətdir.

Əvvəllər jurnalistlər deputatlardan müsahibə götürməkdə müəyyən çətinliklər çəkirdilər. Yəni, soyuq havada Milli Məclisin qarşısında və digər ərazilərdə müsahibələr götürmək olduqca çətin idi. Artıq bu çətinliklər arxada qaldı. Çox sağ olun ki, jurnalistlər üçün bu cür şərait yaratmısınız. Jurnalistlər adından sizə dərin təşəkkürümüzü bildiririk”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti